Zəif axın sistemləri üzrə texnik
TechnoVision MMCTechnician job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 19, 2026
- Views
- 629
- Applications
- 46
- Apply before
- December 19, 2026
- Category
- Engineering & Technical
About this job
TechnoVision MMC is hiring a technician in Baku. Full-time. Apply directly to the employer.
Vəzifə öhdəlikləri
- Zəif axın və aşağı gərginlikli sistemlərin quraşdırılması, kabel çəkilişi, texniki sazlanması və bərpasını həyata keçirmək;
- Giriş-çıxışa nəzarət sistemlərinin (ACS), biometrik oxuyucuların, domofonların, turniketlərin və şlaqbaumların quraşdırılması və proqramlaşdırılmasını həyata keçirmək;
- Təhlükəsizlik və videomüşahidə sistemlərinin quraşdırılması, sazlanması və texniki baxışını təmin etmək;
- IP kameraların, NVR/DVR avadanlıqlarının quraşdırılması, konfiqurasiyası və şəbəkəyə qoşulmasını həyata keçirmək;
- CAT5e/CAT6 kabellərinin çəkilişini və şəbəkə bağlantılarının qurulmasını təmin etmək;
- Şəbəkə və digər zəif axın sistemlərində yaranan nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;
- Quraşdırılmış avadanlıqların düzgün və fasiləsiz işləməsinə nəzarət etmək;
- Zəruri hallarda digər filiallarda və regionlarda montaj və texniki xidmət işlərini yerinə yetirmək.
Namizədə tələblər
- Müvafiq sahə üzrə minimum 1–2 il iş təcrübəsi;
- Zəif axın və aşağı gərginlikli sistemlər üzrə praktiki biliklər;
- CAT5e/CAT6 kabelləri ilə işləmək bacarığı;
- Giriş-çıxışa nəzarət sistemləri (ACS), biometrik oxuyucular, domofon, turniket və şlaqbaumların quraşdırılması və proqramlaşdırılması üzrə biliklər;
- Videomüşahidə, təhlükəsizlik və telekommunikasiya infrastrukturlarının montajı və texniki sazlanması üzrə biliklər;
- Baza şəbəkə bilikləri;
- Drel, laqonda, perforator və digər texniki alətlərdən istifadə etmək bacarığı;
- Nərdivanla təhlükəsiz işləmək bacarığı;
- Məsuliyyətli olmaq, komanda ilə işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
- B kateqoriyalı sürücülük vəsiqəsinin olması üstünlükdür;
- Zəruri hallarda regionlara səfər etmək imkanı.
İş şəraiti
- 5 günlük iş qrafiki;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcəkdir.
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Zəif axın sistemləri üzrə texnik” qeyd etməklə göndərmələri xahiş olunur.
Əlaqə nömrəsi: 055 203 44 39
Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.