Molekulyar bioloq
Food City Kompleks laboratoriyasıMolekulyar bioloq job in Baku
Salary: from 950 ₼ / month
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 17, 2026
- Views
- 621
- Applications
- 56
- Apply before
- December 17, 2026
- Category
- Manufacturing & Agriculture
About this job
Food City Kompleks laboratoriyası is hiring for the role “Molekulyar bioloq” in Baku. Full-time, salary 950 AZN. Apply directly to the employer.
Xaçmaz rayonunun Xudat şəhərində yerləşən Food City Kompleks Laboratoriyasının Fitosanitar bölməsinə “Molekulyar bioloq” vəzifəsi üzrə işçi axtarılır.
Vəzifə öhdəlikləri:
- Bitki və bitkiçilik məhsullarında PZR analizlərinin aparılması, zərərli orqanizmlərin növ mənsubiyyətinin təyin edilməsi;
- Reaktivlərin və məhlulların hazırlanması, müvafiq şəraitdə saxlanılmasına nəzarət;
- Yeni müayinə metodlarının tətbiqi, validasiya və verifikasiyasının aparılması;
- Görülən işlərə dair aktların, aylıq və illik hesabatların hazırlanması;
- Cihazların performans yoxlamalarının həyata keçirilməsi;
- Beynəlxalq səriştəlilik sınaqlarında iştirak;
- Cihaz və avadanlıqlara texniki qulluq göstərilməsi;
- Analiz nəticələrinin işlənməsi;
- Təlimatların, planların və formaların hazırlanması.
Tələblər:
- Biologiya və əlaqəli ixtisaslar üzrə ali təhsil;
- Sahə üzrə iş təcrübəsi tələb olunmur;
- Xudat şəhərində və ətraf bölgələrdə yaşayan namizədlərə üstünlük verilir.
İş qrafiki: Bazar ertəsi – cümə günləri, saat 09:00–18:00.
Əmək haqqı: 950 AZN (6 aylıq təlim və sınaq müddətində nəzərdə tutulan əmək haqqının 50%-i, yəni 475 AZN ödənilir).
Qeyd: Namizədlər ilkin olaraq Bakı şəhərində yerləşən müvafiq laboratoriyada 3 aylıq təlim müddətini, daha sonra isə Xudat şəhərində 3 aylıq sınaq müddətini başa vurduqdan sonra Xudat şəhərində daimi işlə təmin ediləcəklər.
Tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Molekulyar bioloq” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Similar jobs
Əməliyyatların planlanması üzrə mütəxəssis job in BakuGrand-Agro MMC, Bakı
Mexanizasiya şöbəsinin rəhbəri job in BakuGrand-Agro MMC, Bakı
Elektrostatik toz boya operatoru job in BakuAmper Elektrik, Bakı, Qaradağ
Lazer kəsim və metal büküm dəzgahları üzrə mühəndis job in BakuAmper Elektrik, Bakı, Qaradağ