Molekulyar bioloq
Food City Kompleks laboratoriyasıBakıda molekulyar bioloq vakansiyası
Maaş: 950 ₼-dən / ay
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 17 noyabr 2026
- Baxış
- 621
- Müraciət
- 56
- Son müraciət tarixi
- 17 dekabr 2026
- Kateqoriya
- İstehsalat və Kənd Təsərrüfatı
Bakı şəhərində İstehsalat və Kənd Təsərrüfatı üzrə iş elanları
Vakansiya haqqında
Food City Kompleks laboratoriyası Bakıda «Molekulyar bioloq» vəzifəsinə işçi axtarır. Tam ştat, maaş 950 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.
Xaçmaz rayonunun Xudat şəhərində yerləşən Food City Kompleks Laboratoriyasının Fitosanitar bölməsinə “Molekulyar bioloq” vəzifəsi üzrə işçi axtarılır.
Vəzifə öhdəlikləri:
- Bitki və bitkiçilik məhsullarında PZR analizlərinin aparılması, zərərli orqanizmlərin növ mənsubiyyətinin təyin edilməsi;
- Reaktivlərin və məhlulların hazırlanması, müvafiq şəraitdə saxlanılmasına nəzarət;
- Yeni müayinə metodlarının tətbiqi, validasiya və verifikasiyasının aparılması;
- Görülən işlərə dair aktların, aylıq və illik hesabatların hazırlanması;
- Cihazların performans yoxlamalarının həyata keçirilməsi;
- Beynəlxalq səriştəlilik sınaqlarında iştirak;
- Cihaz və avadanlıqlara texniki qulluq göstərilməsi;
- Analiz nəticələrinin işlənməsi;
- Təlimatların, planların və formaların hazırlanması.
Tələblər:
- Biologiya və əlaqəli ixtisaslar üzrə ali təhsil;
- Sahə üzrə iş təcrübəsi tələb olunmur;
- Xudat şəhərində və ətraf bölgələrdə yaşayan namizədlərə üstünlük verilir.
İş qrafiki: Bazar ertəsi – cümə günləri, saat 09:00–18:00.
Əmək haqqı: 950 AZN (6 aylıq təlim və sınaq müddətində nəzərdə tutulan əmək haqqının 50%-i, yəni 475 AZN ödənilir).
Qeyd: Namizədlər ilkin olaraq Bakı şəhərində yerləşən müvafiq laboratoriyada 3 aylıq təlim müddətini, daha sonra isə Xudat şəhərində 3 aylıq sınaq müddətini başa vurduqdan sonra Xudat şəhərində daimi işlə təmin ediləcəklər.
Tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Molekulyar bioloq” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiyalar
Bakıda əməliyyatların planlanması üzrə mütəxəssis vakansiyasıGrand-Agro MMC, Bakı
Bakıda mexanizasiya şöbəsinin rəhbəri vakansiyasıGrand-Agro MMC, Bakı
Bakıda elektrostatik toz boya operatoru vakansiyasıAmper Elektrik, Bakı, Qaradağ
Bakıda lazer kəsim və metal büküm dəzgahları üzrə mühəndis vakansiyasıAmper Elektrik, Bakı, Qaradağ