Skip to content
GoJob

Qrafik və Motion Dizayner

SupertoysMotion designer job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
November 11, 2026
Apply before
December 11, 2026

Design, Photo & Video jobs in Baku

About this job

Supertoys is hiring a motion designer in Baku. Full-time. Apply directly to the employer.

Supertoys komandamıza yaradıcı düşüncəyə sahib, vizual zövqü və güclü dizayn bacarıqları olan Qrafik və Motion Dizayner axtarırıq!

Namizədimiz həm statik qrafik dizaynların, həm də dinamik video və animasiya kontentlərinin hazırlanmasına cavabdeh olacaq.

Vəzifə öhdəlikləri

  • Sosial media platformaları üçün kreativ qrafik dizaynların hazırlanması;
  • Reklam kampaniyaları, endirim və promo aksiyaları üçün vizual konseptlərin yaradılması;
  • Motion qrafika, animasiya və dinamik reklam videolarının hazırlanması;
  • Reels, Stories və digər rəqəmsal formatlar üçün vizual kontentlərin dizayn edilməsi;
  • Banner, poster, flyer, POSM və digər çap materiallarının hazırlanması;
  • Brendin vizual kimliyinə və korporativ stilinə uyğun dizaynların hazırlanması;
  • Kreativ ideyaların vizual həllərə çevrilməsi;
  • Marketinq və kontent komandası ilə koordinasiyalı işləmək.

Namizədə tələblər

  • Qrafik dizayn sahəsində minimum 2 il iş təcrübəsi;
  • Adobe Photoshop və Illustrator proqramlarını yüksək səviyyədə bilmək;
  • Adobe After Effects proqramında sərbəst işləmək;
  • Premiere Pro və digər video montaj proqramları üzrə biliklər üstünlükdür;
  • Motion design, animasiya və video qrafika sahəsində praktiki təcrübə;
  • Kompozisiya, tipoqrafiya, rəng və vizual estetika bilikləri;
  • Kreativ düşüncə, detallara diqqət və vaxtın düzgün idarə edilməsi;
  • Süni intellekt əsaslı dizayn və video alətləri ilə işləmək bacarığı üstünlükdür;
  • Portfolio təqdim etmək mütləqdir.

İş şəraiti

  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • İş yeri: Bakı;
  • Əməkhaqqı: Müsahibə əsasında, namizədin təcrübə və bacarıqlarına uyğun müəyyən edilir;
  • Yaradıcı və dinamik komandada işləmək imkanı.

Əgər kreativ ideyalarını güclü vizuallara və dinamik animasiyalara çevirməyi bacarırsansa, Supertoys komandasında səni gözləyirik!

Müraciət üçün CV və portfolio nümunələrini göndərin.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

More jobs at Supertoys

Jobs at Supertoys