Skip to content
GoJob

SMM Mütəxəssisi

SupertoysSMM specialist job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
November 11, 2026
Apply before
December 11, 2026

Marketing & PR jobs in Baku

About this job

Supertoys is hiring an SMM specialist in Baku. Full-time. Apply directly to the employer.

Supertoys komandamıza kreativ, dinamik və sosial media trendlərini yaxından izləyən SMM mütəxəssisi axtarırıq!

Namizədin əsas işi sosial media platformaları üçün video kontentlərin çəkilməsi, montajı və canlı yayımların təşkili olacaq.

Vəzifə öhdəlikləri

  • TikTok və Instagram platformaları üçün video kontentlərin çəkilməsi və montaj edilməsi;
  • Reels, TikTok və Stories formatında kreativ videoların hazırlanması;
  • Məhsulların, kampaniyaların və mağaza fəaliyyətinin video vasitəsilə təqdim edilməsi;
  • TikTok və Instagram hesablarında canlı yayımların (LIVE) açılması və idarə edilməsi;
  • Canlı yayımlar zamanı məhsulların təqdimatı, izləyicilərlə ünsiyyət və aktivliyin təmin edilməsi;
  • Sosial media trendlərini izləmək və onları brendə uyğun kontentə çevirmək;
  • Çəkiliş prosesində yaradıcı ideyalar irəli sürmək və ssenarilərin hazırlanmasında iştirak etmək;
  • Hazırlanan kontentlərin vaxtında və müəyyən edilmiş plana uyğun paylaşılmasını təmin etmək.

Namizədə tələblər

  • Sosial media platformalarının, xüsusilə TikTok və Instagram-ın iş prinsipini bilmək;
  • Telefon və ya kamera ilə keyfiyyətli video çəkilişi bacarığı;
  • CapCut və ya digər montaj proqramlarında işləmək bacarığı;
  • TikTok və Instagram LIVE funksiyalarından istifadə təcrübəsi;
  • Kamera qarşısında sərbəst olmaq və canlı yayımları idarə etmək bacarığı;
  • Kreativ düşüncə və trendləri düzgün qiymətləndirmək qabiliyyəti;
  • Ünsiyyətcil, təşəbbüskar və məsuliyyətli olmaq;
  • Komanda ilə işləmək bacarığı.

İş şəraiti

  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • İş yeri: Bakı;
  • Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir;
  • Dinamik və yaradıcı komandada işləmək imkanı.

Əgər video çəkməyi, montaj etməyi və canlı yayımlarda auditoriya ilə ünsiyyət qurmağı bacarırsansa, Supertoys komandasında səni gözləyirik!

Mobiloqrafiya və ya SMM kursunu bitirib lakin təcrübəsi olmayan namizədlər də müraciət edə bilər.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciət üçün CV və varsa, çəkdiyin və montaj etdiyin video nümunələrini göndər.

More jobs at Supertoys

Jobs at Supertoys