Skip to content
GoJob
Back to jobs

Ərəb dili müəllimi (Sosial Məzuniyyət əvəzi)

Heydər Əliyev adına Müasir Təhsil KompleksiTeacher job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
November 17, 2026
Views
667
Applications
33
Apply before
December 17, 2026
Category
Education

Education jobs in Baku

About this job

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi is hiring a teacher in Baku. Full-time. Apply directly to the employer.

Ünvan: Bakı şəhəri, Səməd Vurğun küçəsi 151

İş qrafiki: Beş iş günü, saat 08:00 – 16:30 (Bazar ertəsi – Cümə)

Tələblər:

  • Ərəb dili, ərəb filologiyası, pedaqogika və ya müvafiq sahə üzrə bakalavr təhsili.
  • Ərəb dilini həm yazılı, həm də şifahi formada yüksək səviyyədə bilmək.
  • Ərəb dilinin tədrisi metodikası üzrə biliklərə malik olmaq.
  • Müəllimlik təcrübəsi, xüsusilə ibtidai sinif şagirdləri ilə iş təcrübəsi üstünlükdür.
  • Şagirdlərin yaş xüsusiyyətlərinə uyğun interaktiv və effektiv təlim metodlarından istifadə etmək bacarığı.
  • Sinfin idarə olunması və effektiv ünsiyyət bacarıqları.
  • Kahoot, Blooket, Wordwall və digər rəqəmsal təhsil platformalarından istifadə bacarığı.
  • Dərs planlarının və tədris materiallarının hazırlanması bacarığı.
  • Güclü təşkilatçılıq, məsuliyyətlilik və komandada işləmək bacarığı.

Öhdəliklər:

  • 1–5-ci sinif şagirdlərinə yaş xüsusiyyətlərini, fərdi öyrənmə ehtiyaclarını və dil bilikləri səviyyələrini nəzərə alaraq ərəb dilini tədris etmək.
  • Şagirdlərdə ərəb əlifbasını tanıma, hərflərin yazılışı və düzgün tələffüzü, söz ehtiyatı və ilkin dil bacarıqlarını inkişaf etdirmək.
  • Şagirdlərin dinləmə, danışma, oxu və yazı bacarıqlarını inkişaf etdirmək.
  • Dərslərdə interaktiv, yaradıcı və oyun əsaslı təlim metodlarından istifadə etmək.
  • Kahoot, Blooket, Wordwall və digər rəqəmsal təhsil platformalarını dərs prosesinə inteqrasiya etmək.
  • Şagirdləri ərəb dünyasının mədəniyyəti, ənənələri və gündəlik ünsiyyət qaydaları ilə tanış etmək.
  • Sinifdaxili fəaliyyətlər, tapşırıqlar və imtahanlar vasitəsilə şagirdlərin bilik və bacarıqlarını qiymətləndirmək.

Biz təklif edirik:

  • Rəqabətədavamlı əməkhaqqı
  • Məktəbin yeməkxanasında nahar imkanı
  • Ödənişsiz dayanacaq yeri ilə təmin olunma
  • Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı

Maraqlanan namizədlərdən xahiş olunur ki, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV formalarını göndərsinlər.

E-poçtun mövzu hissəsində “Ərəb dili müəllimi” vəzifəsini qeyd etməyiniz xahiş olunur.

More jobs at Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

Jobs at Heydər Əliyev adına Müasir Təhsil Kompleksi