Skip to content
GoJob
Back to jobs

Rəssam-müəllim (Artist / Art Instructor)

Studio 21Teacher job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
November 17, 2026
Views
627
Applications
48
Apply before
December 17, 2026
Category
Education

Education jobs in Baku

About this job

Studio 21 is hiring a teacher in Baku. Full-time. Apply directly to the employer.

Port Baku ərazisində fəaliyyət göstərəcək premium konseptli Art Studio üçün Rəssam-müəllim vəzifəsinə əməkdaşlar axtarılır.

Vəzifə öhdəlikləri:

  • Uşaqlar və böyüklər üçün rəsm və rəngkarlıq dərslərinin keçirilməsi;
  • Müxtəlif rəsm texnikalarının və bədii üslubların tədrisi;
  • Peşəkar və yaradıcı master-klassların təşkili və keçirilməsi;
  • Müxtəlif yaş qrupları üçün dərs proqramlarının hazırlanması;
  • Mənzərə (Landscape), natürmort (Still Life), portret (Portrait), abstrakt (Abstract Art) və dekorativ sənət (Decorative Art) istiqamətlərində dərslərin keçirilməsi;
  • Akvarel, akril, yağlı boya, quaş, pastel və digər rəsm materialları ilə işləmək;
  • Teksturalı rəngkarlıq (Texture Art), mastixin texnikası və qarışıq texnikaların (Mixed Media) tətbiqi;
  • Dekorativ əşyaların, bədii kompozisiyaların və yaradıcı əl işlərinin hazırlanması;
  • Şagirdlərin yaradıcılıq qabiliyyətlərinin və bədii bacarıqlarının inkişaf etdirilməsi;
  • Studiyada yaradıcı, komfortlu və peşəkar mühitin təmin edilməsi;
  • Tematik tədbirlərin, xüsusi master-klassların və digər yaradıcı layihələrin təşkilində iştirak.

Namizədə tələblər:

  • Təsviri incəsənət, rəngkarlıq, dekorativ-tətbiqi sənət və ya müvafiq sahə üzrə ali və ya peşə təhsili;
  • Müxtəlif rəsm və rəngkarlıq texnikaları üzrə peşəkar bilik və praktiki bacarıqlar;
  • Uşaqlar və böyüklərlə işləmək bacarığı;
  • Yaradıcı düşüncə, ünsiyyət və təqdimat bacarıqları;
  • Azərbaycan və rus dillərini bilmək, ingilis dili biliyi üstünlükdür;
  • Məsuliyyətli, kreativ və təşəbbüskar olmaq.

Əlavə tələblər:

  • İncəsənət sahəsində təhsil diplomunun və müvafiq peşəkar sertifikatların olması;
  • Namizədin özünə məxsus rəsm əsərlərindən ibarət portfolio təqdim etməsi (məcburidir);
  • Bədii bacarıqları təsdiq edən iş nümunələrinin (Proof of Artistic Skills) təqdim edilməsi;
  • Sərgilərdə, müsabiqələrdə və yaradıcı layihələrdə iştirak təcrübəsi üstünlükdür;
  • Müəllimlik təcrübəsi arzuolunandır.

Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.

More jobs at Studio 21

Jobs at Studio 21