Rəssam-müəllim (Artist / Art Instructor)
Studio 21Bakıda müəllim vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
Vakansiya haqqında
Studio 21 Bakıda müəllim axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Port Baku ərazisində fəaliyyət göstərəcək premium konseptli Art Studio üçün Rəssam-müəllim vəzifəsinə əməkdaşlar axtarılır.
Vəzifə öhdəlikləri:
- Uşaqlar və böyüklər üçün rəsm və rəngkarlıq dərslərinin keçirilməsi;
- Müxtəlif rəsm texnikalarının və bədii üslubların tədrisi;
- Peşəkar və yaradıcı master-klassların təşkili və keçirilməsi;
- Müxtəlif yaş qrupları üçün dərs proqramlarının hazırlanması;
- Mənzərə (Landscape), natürmort (Still Life), portret (Portrait), abstrakt (Abstract Art) və dekorativ sənət (Decorative Art) istiqamətlərində dərslərin keçirilməsi;
- Akvarel, akril, yağlı boya, quaş, pastel və digər rəsm materialları ilə işləmək;
- Teksturalı rəngkarlıq (Texture Art), mastixin texnikası və qarışıq texnikaların (Mixed Media) tətbiqi;
- Dekorativ əşyaların, bədii kompozisiyaların və yaradıcı əl işlərinin hazırlanması;
- Şagirdlərin yaradıcılıq qabiliyyətlərinin və bədii bacarıqlarının inkişaf etdirilməsi;
- Studiyada yaradıcı, komfortlu və peşəkar mühitin təmin edilməsi;
- Tematik tədbirlərin, xüsusi master-klassların və digər yaradıcı layihələrin təşkilində iştirak.
Namizədə tələblər:
- Təsviri incəsənət, rəngkarlıq, dekorativ-tətbiqi sənət və ya müvafiq sahə üzrə ali və ya peşə təhsili;
- Müxtəlif rəsm və rəngkarlıq texnikaları üzrə peşəkar bilik və praktiki bacarıqlar;
- Uşaqlar və böyüklərlə işləmək bacarığı;
- Yaradıcı düşüncə, ünsiyyət və təqdimat bacarıqları;
- Azərbaycan və rus dillərini bilmək, ingilis dili biliyi üstünlükdür;
- Məsuliyyətli, kreativ və təşəbbüskar olmaq.
Əlavə tələblər:
- İncəsənət sahəsində təhsil diplomunun və müvafiq peşəkar sertifikatların olması;
- Namizədin özünə məxsus rəsm əsərlərindən ibarət portfolio təqdim etməsi (məcburidir);
- Bədii bacarıqları təsdiq edən iş nümunələrinin (Proof of Artistic Skills) təqdim edilməsi;
- Sərgilərdə, müsabiqələrdə və yaradıcı layihələrdə iştirak təcrübəsi üstünlükdür;
- Müəllimlik təcrübəsi arzuolunandır.
Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.