Mühafizə əməkdaşı
Mercure Hotels Baku CitySecurity guard job in Baku
Salary: No salary given
About this job
Mercure Hotels Baku City is hiring a security guard in Baku. Full-time. Apply directly to the employer.
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam ştat
Vəzifə öhdəlikləri:
- Otelin ərazisində təhlükəsizliyin və ictimai asayişin təmin edilməsi;
- Otelə daxil olan və çıxan şəxslərə nəzarət edilməsi;
- Qonaqların, əməkdaşların və ziyarətçilərin təhlükəsizliyinin qorunması;
- Otelin giriş-çıxışlarına, ümumi ərazilərinə və xidməti sahələrinə nəzarət edilməsi;
- Şübhəli halların vaxtında aşkarlanması və rəhbərliyə məlumat verilməsi;
- Fövqəladə hallar zamanı müəyyən edilmiş qaydalara uyğun hərəkət edilməsi;
- Yanğın və əməyin mühafizəsi üzrə təhlükəsizlik qaydalarına riayət olunması;
- Növbə ərzində baş verən hadisələrin qeydə alınması və növbəti əməkdaşa məlumat verilməsi.
Namizədə tələblər:
- Mühafizə sahəsində iş təcrübəsi arzuolunandır;
- Azərbaycan dilində ünsiyyət bacarığı;
- Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
- Fiziki cəhətdən sağlam və çevik olmaq;
- Gərgin vəziyyətlərdə soyuqqanlı davranmaq bacarığı;
- Komandada işləmək bacarığı;
- Növbəli iş qrafikində işləmək imkanı.
İş şəraiti:
- Əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi;
- Stabil iş mühiti;
- Peşəkar kollektivdə çalışma imkanı;
- İşçilər üçün nahar təminatı.
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Mühafizə əməkdaşı” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.