Marketinq Meneceri (Qrafik Dizayn Bacarıqları ilə)
Mercure Hotels Baku CityMarketing manager job in Baku
Salary: No salary given
About this job
Mercure Hotels Baku City is hiring a marketing manager in Baku. Full-time. Apply directly to the employer.
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam ştat
Vəzifə öhdəlikləri:
- Hotelin marketinq strategiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- Sosial media hesablarının idarə olunmasını və kontent planının hazırlanmasını təmin etmək;
- Hotelin xidmətləri, kampaniyaları və tədbirləri ilə bağlı reklam materialları hazırlamaq;
- Sosial media paylaşımları, bannerlər, posterlər, broşürlər və digər vizual materialların dizaynını hazırlamaq;
- Foto və video kontentin hazırlanması, redaktəsi və paylaşılmasını təşkil etmək;
- Hotelin brend standartlarına və Accor şəbəkəsinin korporativ tələblərinə uyğun vizual materiallar hazırlamaq;
- Marketinq kampaniyalarının planlaşdırılması və nəticələrinin təhlilini həyata keçirmək;
- Hotelin restoran, SPA, tədbir və digər xidmətlərinin tanıdılması üçün marketinq fəaliyyətləri təşkil etmək;
- Satış şöbəsi və digər aidiyyəti bölmələrlə koordinasiyalı işləmək;
- Rəqiblərin fəaliyyətini və bazar tendensiyalarını izləmək;
- Marketinq fəaliyyətləri üzrə hesabatlar hazırlamaq.
Namizədə tələblər:
- Marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
- Qrafik dizayn sahəsində praktiki təcrübə;
- Adobe Photoshop, Illustrator və Canva proqramları ilə işləmək bacarığı;
- Sosial media platformalarının idarə olunması və kontent hazırlanması üzrə təcrübə;
- Rəqəmsal marketinq və reklam alətləri barədə bilik;
- Kreativ düşüncə və vizual zövq;
- Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək; rus dili biliyi üstünlükdür;
- Güclü ünsiyyət, planlaşdırma və təşkilatçılıq bacarıqları;
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq;
- Komanda ilə işləmək və bir neçə işi paralel idarə etmək bacarığı.
İş şəraiti:
- Rəsmi əmək müqaviləsi;
- Peşəkar və dinamik kollektiv;
- Karyera inkişafı imkanları;
- Nahar təminatı;
- Beynəlxalq hotel şəbəkəsində işləmək imkanı.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciətə əvvəlki işlərdən ibarət portfolio əlavə edilməsi arzuolunandır.
Mövzu hissəsində “Marketinq Meneceri” qeyd etmələri xahiş olunur.