Maliyyə şöbəsinin rəhbərinin müavini - baş mühasib
Performance Center CoAccountant job in Baku
Salary: from 2,500 ₼ / month
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 27, 2026
- Apply before
- November 26, 2026
- Category
- Accounting & Audit
About this job
Performance Center Co is hiring an accountant in Baku. Full-time, salary 2,500 AZN. Apply directly to the employer.
Vəzifə öhdəlikləri
- Maliyyə mühasibatlıq hesabatlarının tərtibi;
- Aylıq, rüblük, illik olmaqla vergi DSMF və statistika hesabatlarının hazırlanması;
- Gündəlik maliyyə - mühasibatlıq işlərinə nəzarət etmək və səmərəli təkliflər vermək;
- İnventarizasiyalar aparmaq , qiymətlilərin sayımına nəzarət;
- Vergi məsələlərin həllində birbaşa iştirak və vergi hesabatlarının təhlili;
- Büdcə-proqnoz işlərinin təşkili, şirkətin maliyyə hesabatlılıq sisteminin təhlil və təqibi;
- Daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
- Maliyyə uçotunu təşkil etmək, müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının uçota alınmasını, sənədləşdirilməsini təmin etmək və onlara nəzarət etmək;
- Maliyyə hesabatlarının periodik olaraq tərtib edilməsini təmin etmək;
- Vergi uçotunu təşkil etmək, optimallaşdırmaq və onlara nəzarət etmək(Kameral yoxlamalara nəzarət,məktubların yazılması və .s);
- Dövlət orqanlarına aylıq, rüblük, illik hesabatların hazırlanaraq təqdim edilməsini həyata keçirmək;
- ERP-də əməliyyat dövrünün bağlanmasını həyata keçirmək;
- Dövriyyə-qalıq cədvəllərini hesablar üzrə təhlil etmək;
- Mühasibat uçotu ilə bağlı müəssisənin fəaliyyəti üçün digər zəruri işləri aparmaq.
Tələblər:
- Ali iqtisadi təhsil;
- MS Office və 1C proqramlarını bilməli;
- PMS sertifikatı;
- Baş mühasib vəzifəsində minimum 3-5 il iş təcrübəsi;
- Mühasibatlıq qanunvericiliyi, Mühasibat uçotunu və Mühasibat müxabirləşmələrini bilməli;
- Vergi və Əmək məcəlləsini bilməli;
- ƏMAS portalında işləmə bacarığı olmalı;
- Dil bilikləri: Azərbaycan dili əla, rus dili və ingilis dili arzuolunandır;
- Təhlil, analitik düşüncə və yüksək ünsiyyət qurma qabiliyyəti;
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı.
İş şərtləri:
- İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
- Əmək haqqı: 2500-3000 Azn
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Maliyyə şöbəsinin rəhbərinin müavini - baş mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.