Skip to content
GoJob

Debitor və Kreditor üzrə mühasib

PredsolAccountant job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
November 2, 2026
Apply before
December 2, 2026

Accounting & Audit jobs in Baku

About this job

Predsol is hiring an accountant in Baku. Full-time. Apply directly to the employer.

Əsas vəzifə və öhdəlikləri:

  • Debitor və kreditor borclarının mühasibat uçotunun düzgün və vaxtında aparılmasını təmin etmək;
  • Müştərilər və təchizatçılar üzrə hesablaşmaları 1C proqramında düzgün əks etdirmək və mütəmadi nəzarətdə saxlamaq;
  • Debitor və kreditor borcları üzrə qalıqları mütəmadi təhlil etmək, yaranmış fərq və uyğunsuzluqları araşdırmaq;
  • Debitor və kreditorlar üzrə üzləşmə aktlarını tərtib etmək, qarşı tərəflərlə üzləşmələri həyata keçirmək, uçot məlumatlarının uyğunluğunu yoxlamaq və aşkar edilmiş fərqlərin səbəblərini araşdıraraq aradan qaldırılmasını təmin etmək;
  • Alış və satış əməliyyatları üzrə müqavilə, hesab-faktura, elektron qaimə-faktura, təhvil-təslim aktı və digər ilkin mühasibat sənədlərinin düzgünlüyünü yoxlamaq;
  • Elektron qaimə-fakturaların uçot məlumatları ilə uyğunluğunu yoxlamaq və müəyyən edilmiş fərqlərin aradan qaldırılmasını təmin etmək;
  • Təchizatçılara və digər kreditorlara ödənilməli məbləğləri müqavilə, sifariş, hesab-faktura və digər təsdiqedici sənədlər əsasında yoxlamaq;
  • Müştərilərdən daxil olan ödənişlərin müvafiq hesablaşmalar və sənədlər üzrə düzgün bağlanmasını təmin etmək;
  • Avans ödənişlərinin, əvvəlcədən alınmış və verilmiş vəsaitlərin uçotunu aparmaq və onların vaxtında bağlanmasına nəzarət etmək;
  • Bank əməliyyatlarını debitor və kreditor hesablaşmaları ilə üzləşdirmək, ödənişlərin düzgün təyinat üzrə bağlanmasına nəzarət etmək;
  • Vaxtı keçmiş debitor və kreditor borclarını müəyyən etmək, səbəblərini araşdırmaq və bu barədə rəhbərliyə məlumat təqdim etmək;
  • Debitor və kreditor borclarının yaşlandırılması (Aging) üzrə hesabatları hazırlamaq və təhlil etmək;
  • Aylıq və illik bağlanış zamanı debitor-kreditor hesabları üzrə qalıqların düzgünlüyünü yoxlamaq və üzləşdirmək;
  • Debitor-kreditor hesablaşmaları üzrə tələb olunan hesabat və analitik məlumatları hazırlamaq;
  • Mühasibat sənədlərinin düzgün tərtib edilməsini, sistemləşdirilməsini və uçotda vaxtında əks etdirilməsini təmin etmək;
  • Rəhbərlik və Baş mühasib tərəfindən verilən aidiyyəti tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.

Əsas tələblər:

  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;
  • Mühasibat uçotu, xüsusilə debitor-kreditor hesablaşmaları üzrə müvafiq iş təcrübəsi;
  • Debitor və kreditor borclarının uçotu və qarşılıqlı hesablaşmalar üzrə yüksək səviyyədə bilik;
  • Mühasibat hesabları və müxabirləşmələri üzrə yaxşı bilik;
  • İlkin mühasibat sənədləri, elektron qaimə-fakturalar, hesab-fakturalar və üzləşmə aktları ilə işləmək bacarığı;
  • Üzləşmə aktlarının müstəqil hazırlanması, yoxlanılması və qarşı tərəflərlə razılaşdırılması üzrə praktiki təcrübə;
  • Vergi və mühasibat uçotu ilə bağlı qanunvericilik üzrə biliklər;
  • 1C 8.3 proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • MS Excel proqramında sərbəst işləmək bacarığı;
  • Böyük həcmdə debitor və kreditor məlumatlarının təhlili və üzləşdirilməsi bacarığı;
  • Müqavilə şərtlərini, ödəniş müddətlərini və hesablaşma mexanizmlərini anlamaq bacarığı;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı, rus və ingilis dili bilikləri arzuolunandır;
  • Analitik düşüncə, rəqəmlərlə işləmək və uyğunsuzluqları operativ müəyyən etmək bacarığı;
  • Məsuliyyətli, dəqiq, diqqətli, operativ və komanda ilə işləmək bacarığı.

Əlavə məlumat

  • Təcrübə və ixtisaslara əsaslanan rəqabətli maaş. 
  • Karyera inkişafı və peşəkar inkişaf üçün imkanlar. 
  • Dəstəkləyici və təhlükəsizliyə yönəlmiş iş mühiti. 
  • Şirkət tərəfindən təmin olunan nəqliyyat və mobil telefon nömrəsi. 
  • İş saatları: Bazar ertəsindən cümə gününə qədər, 09:00–18:00. 
  • Bəzən əlavə iş saatlarına görə kompensasiya. 

Tələblərə cavab verən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Debitor və Kreditor üzrə mühasib” mövzu başlığı ilə göndərə bilərlər.

More jobs at Predsol

Jobs at Predsol