Debitor və Kreditor üzrə mühasib
PredsolВакансия бухгалтера в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 2 ноября 2026 г.
- Приём заявок до
- 2 декабря 2026 г.
- Категория
- Бухгалтерия и аудит
О вакансии
Predsol ищет бухгалтера в Баку. Полная занятость. Отклик напрямую работодателю.
Əsas vəzifə və öhdəlikləri:
- Debitor və kreditor borclarının mühasibat uçotunun düzgün və vaxtında aparılmasını təmin etmək;
- Müştərilər və təchizatçılar üzrə hesablaşmaları 1C proqramında düzgün əks etdirmək və mütəmadi nəzarətdə saxlamaq;
- Debitor və kreditor borcları üzrə qalıqları mütəmadi təhlil etmək, yaranmış fərq və uyğunsuzluqları araşdırmaq;
- Debitor və kreditorlar üzrə üzləşmə aktlarını tərtib etmək, qarşı tərəflərlə üzləşmələri həyata keçirmək, uçot məlumatlarının uyğunluğunu yoxlamaq və aşkar edilmiş fərqlərin səbəblərini araşdıraraq aradan qaldırılmasını təmin etmək;
- Alış və satış əməliyyatları üzrə müqavilə, hesab-faktura, elektron qaimə-faktura, təhvil-təslim aktı və digər ilkin mühasibat sənədlərinin düzgünlüyünü yoxlamaq;
- Elektron qaimə-fakturaların uçot məlumatları ilə uyğunluğunu yoxlamaq və müəyyən edilmiş fərqlərin aradan qaldırılmasını təmin etmək;
- Təchizatçılara və digər kreditorlara ödənilməli məbləğləri müqavilə, sifariş, hesab-faktura və digər təsdiqedici sənədlər əsasında yoxlamaq;
- Müştərilərdən daxil olan ödənişlərin müvafiq hesablaşmalar və sənədlər üzrə düzgün bağlanmasını təmin etmək;
- Avans ödənişlərinin, əvvəlcədən alınmış və verilmiş vəsaitlərin uçotunu aparmaq və onların vaxtında bağlanmasına nəzarət etmək;
- Bank əməliyyatlarını debitor və kreditor hesablaşmaları ilə üzləşdirmək, ödənişlərin düzgün təyinat üzrə bağlanmasına nəzarət etmək;
- Vaxtı keçmiş debitor və kreditor borclarını müəyyən etmək, səbəblərini araşdırmaq və bu barədə rəhbərliyə məlumat təqdim etmək;
- Debitor və kreditor borclarının yaşlandırılması (Aging) üzrə hesabatları hazırlamaq və təhlil etmək;
- Aylıq və illik bağlanış zamanı debitor-kreditor hesabları üzrə qalıqların düzgünlüyünü yoxlamaq və üzləşdirmək;
- Debitor-kreditor hesablaşmaları üzrə tələb olunan hesabat və analitik məlumatları hazırlamaq;
- Mühasibat sənədlərinin düzgün tərtib edilməsini, sistemləşdirilməsini və uçotda vaxtında əks etdirilməsini təmin etmək;
- Rəhbərlik və Baş mühasib tərəfindən verilən aidiyyəti tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.
Əsas tələblər:
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;
- Mühasibat uçotu, xüsusilə debitor-kreditor hesablaşmaları üzrə müvafiq iş təcrübəsi;
- Debitor və kreditor borclarının uçotu və qarşılıqlı hesablaşmalar üzrə yüksək səviyyədə bilik;
- Mühasibat hesabları və müxabirləşmələri üzrə yaxşı bilik;
- İlkin mühasibat sənədləri, elektron qaimə-fakturalar, hesab-fakturalar və üzləşmə aktları ilə işləmək bacarığı;
- Üzləşmə aktlarının müstəqil hazırlanması, yoxlanılması və qarşı tərəflərlə razılaşdırılması üzrə praktiki təcrübə;
- Vergi və mühasibat uçotu ilə bağlı qanunvericilik üzrə biliklər;
- 1C 8.3 proqramında yüksək səviyyədə işləmək bacarığı;
- MS Excel proqramında sərbəst işləmək bacarığı;
- Böyük həcmdə debitor və kreditor məlumatlarının təhlili və üzləşdirilməsi bacarığı;
- Müqavilə şərtlərini, ödəniş müddətlərini və hesablaşma mexanizmlərini anlamaq bacarığı;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı, rus və ingilis dili bilikləri arzuolunandır;
- Analitik düşüncə, rəqəmlərlə işləmək və uyğunsuzluqları operativ müəyyən etmək bacarığı;
- Məsuliyyətli, dəqiq, diqqətli, operativ və komanda ilə işləmək bacarığı.
Əlavə məlumat
- Təcrübə və ixtisaslara əsaslanan rəqabətli maaş.
- Karyera inkişafı və peşəkar inkişaf üçün imkanlar.
- Dəstəkləyici və təhlükəsizliyə yönəlmiş iş mühiti.
- Şirkət tərəfindən təmin olunan nəqliyyat və mobil telefon nömrəsi.
- İş saatları: Bazar ertəsindən cümə gününə qədər, 09:00–18:00.
- Bəzən əlavə iş saatlarına görə kompensasiya.
Tələblərə cavab verən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Debitor və Kreditor üzrə mühasib” mövzu başlığı ilə göndərə bilərlər.