Skip to content
GoJob
Back to jobs

Mühasib

Jet Park TaksiAccountant job in Baku

Salary: from 1,000 ₼ / month

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
November 16, 2026
Views
670
Applications
45
Apply before
December 16, 2026

Accounting & Audit jobs in Baku

About this job

Jet Park Taksi is hiring an accountant in Baku. Full-time, salary 1,000 AZN. Apply directly to the employer.

Namizədə tələblər

  • Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • MS Office proqramları, xüsusilə Excel üzrə bilik;
  • AR Vergi Məcəlləsi üzrə ilkin biliklər;
  • Analitik düşüncə və rəqəmlərlə dəqiq işləmək bacarığı;
  • Məsuliyyətlilik, diqqətlilik və tapşırıqları vaxtında yerinə yetirmək;
  • Azərbaycan dilində sərbəst danışıq — rus dili biliyi üstünlükdür;
  • Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri

  • Sürücülər və avtomobillər üzrə uçotun aparılması;
  • Kassa və bank əməliyyatlarının aparılması və uçotu;
  • Gündəlik gəlir və xərclərin qeydiyyatı və nəzarətdə saxlanılması;
  • Həftəlik və aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
  • Gəlir, xərc, mənfəət və zərər göstəricilərinin aylıq, rüblük və illik təhlili;
  • Maliyyə nəticələri barədə rəhbərliyə və aidiyyəti şöbələrə operativ məlumat verilməsi;
  • Vəzifə ilə bağlı rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi.

İş şəraiti

  • Əməkhaqqı: 1000 AZN;
  • Bazar ertəsi–cümə: 10:00–19:00;
  • Şənbə: 10:00–14:00;
  • Bazar günü istirahət.

Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Similar jobs