Skip to content
GoJob
Back to jobs

Baş mühasib

V-MANN Construction MMCAccountant job in Baku

Salary: from 2,000 ₼ / month

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
November 20, 2026
Views
626
Applications
35
Apply before
December 20, 2026

Accounting & Audit jobs in Baku

About this job

V-MANN Construction MMC is hiring an accountant in Baku. Full-time, salary 2,000 AZN. Apply directly to the employer.

Vəzifə öhdəlikləri:

  • Mühasibat məlumatlarını 1C bazasına vaxtında işlənilməsi,
  • Aylıq, rüblük, illik vergi, DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
  • Pul axınlarının planlaşdırılması və nəzarəti;
  • Əmək haqqı, məzuniyyət və son haqq-hesabın hesablanması;
  • Vergi sahəsi ilə bağlı əməliyyatların icrası, bütün vergi hesabatlarının göndərilməsi;
  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələri təşkil etmək;
  • Vergi risklərinin idarə olunması və vergi planlaşdırmasının həyata keçirilməsi;
  • Kassa, Bank əməliyyatlarını həyata keçirmək, qaimə və vergi hesab fakturaları yazmaq, qarşılıqlı hesablaşma və üzləşmə aktlarını tərtib etmək;
  • Debitor və kreditor hesablaşmaları aparmaq;
  • Şirkətlərlə bağlanan Müqavilələrinin, invoysların və digər maliyyə sənədlərin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi;
  • İnternet bankçılıq” üzrə əsas əməliyyatların (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, Dövlət büdcəsinə vergi və digər ödənişlərin icrası) aparılması;
  • Borcların təhlili və sifarişçilərlə borcların bağlanmasına dair qabağlayıcı tədbirlərin görülməsi;
  • Materialların uçotunun aparılması, alış qaimələrinin, anbar hərəkətlərinin işlənməsi;
  • Proqrama daxil edilən məlumatların layihələr üzrə bölgüsünü təmin etmək;
  • Gündəlik və aylıq hesabatları tərtib etmək; İdxal və ixrac əməliyyatları üzrə sənədləşməyə nəzarət;
  • Gömrük bəyannamələri, invoyslar, CMR və digər daşıma sənədlərinin yoxlanılması;
  • Məhsulun (işin, xidmətin) maya dəyərinin və hesabat kalkulyasiyasının tərtib edilməsi;
  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqların vaxtlı-vaxtında və dəqiq icra edilməsi.
  • Mühasibatlıq komandasının idarə olunması və iş prosesinə rəhbərlik.
  • Nəqliyyat və logistika xərclərinin düzgün uçota alınmasına nəzarət.

Tələblər:

  • Təhsil: Maliyyə, Mühasibat uçotu və audit, İqtisadiyyat sahəsində ali təhsil;
  • Qanunvericilik biliyi: AR Vergi Məcəlləsini, Əmək Məcəlləsini və mühasibat uçotuna dair qüvvədə olan normativ-hüquqi aktları mənimsəmək, qanunvericilikdəki dəyişiklikləri davamlı olaraq izləmək və praktikada tətbiq etmək bacarığı;
  • Proqram təminatı: 1C (8.3 versiyası) mühasibatlıq proqramında sərbəst işləmək bacarığı;
  • Ofis proqramları: MS Office paketini, xüsusilə MS Excel proqramını operativ və yüksək səviyyədə bilmək;
  • Analitik düşünmə, detallara qarşı diqqətli olma, rəqəmlərlə işləmək və yaranan problemləri təmkinlə həll etmək bacarığı;
  • PMS sertifikatının olması üstünlükdür;
  • Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı işgüzar ünsiyyət bacarığı (ingilis dili üstünlükdür);
  • Müvafiq sahədə ən azı 5 il davamlı iş təcrübəsi.

İş şərtləri:

  • İş günləri: 5 günlük iş qrafiki
  • İş yeri: Yasamal rayonu. Mirəli Seyidov 93A
  • Əməkhaqqı: 2000 Azn

Maraqlanan namizədlərdən mövzu hissəsində “Baş Mühasib” qeyd etməklə şəkilli CV-lərin Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Similar jobs