Baş mühasib
V-MANN Construction MMCВакансия бухгалтера в Баку
Зарплата: от 2 000 ₼ / мес.
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 20 ноября 2026 г.
- Просмотры
- 626
- Отклики
- 35
- Приём заявок до
- 20 декабря 2026 г.
- Категория
- Бухгалтерия и аудит
О вакансии
V-MANN Construction MMC ищет бухгалтера в Баку. Полная занятость, зарплата 2 000 AZN. Отклик напрямую работодателю.
Vəzifə öhdəlikləri:
- Mühasibat məlumatlarını 1C bazasına vaxtında işlənilməsi,
- Aylıq, rüblük, illik vergi, DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
- Pul axınlarının planlaşdırılması və nəzarəti;
- Əmək haqqı, məzuniyyət və son haqq-hesabın hesablanması;
- Vergi sahəsi ilə bağlı əməliyyatların icrası, bütün vergi hesabatlarının göndərilməsi;
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələri təşkil etmək;
- Vergi risklərinin idarə olunması və vergi planlaşdırmasının həyata keçirilməsi;
- Kassa, Bank əməliyyatlarını həyata keçirmək, qaimə və vergi hesab fakturaları yazmaq, qarşılıqlı hesablaşma və üzləşmə aktlarını tərtib etmək;
- Debitor və kreditor hesablaşmaları aparmaq;
- Şirkətlərlə bağlanan Müqavilələrinin, invoysların və digər maliyyə sənədlərin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi;
- İnternet bankçılıq” üzrə əsas əməliyyatların (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, Dövlət büdcəsinə vergi və digər ödənişlərin icrası) aparılması;
- Borcların təhlili və sifarişçilərlə borcların bağlanmasına dair qabağlayıcı tədbirlərin görülməsi;
- Materialların uçotunun aparılması, alış qaimələrinin, anbar hərəkətlərinin işlənməsi;
- Proqrama daxil edilən məlumatların layihələr üzrə bölgüsünü təmin etmək;
- Gündəlik və aylıq hesabatları tərtib etmək; İdxal və ixrac əməliyyatları üzrə sənədləşməyə nəzarət;
- Gömrük bəyannamələri, invoyslar, CMR və digər daşıma sənədlərinin yoxlanılması;
- Məhsulun (işin, xidmətin) maya dəyərinin və hesabat kalkulyasiyasının tərtib edilməsi;
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqların vaxtlı-vaxtında və dəqiq icra edilməsi.
- Mühasibatlıq komandasının idarə olunması və iş prosesinə rəhbərlik.
- Nəqliyyat və logistika xərclərinin düzgün uçota alınmasına nəzarət.
Tələblər:
- Təhsil: Maliyyə, Mühasibat uçotu və audit, İqtisadiyyat sahəsində ali təhsil;
- Qanunvericilik biliyi: AR Vergi Məcəlləsini, Əmək Məcəlləsini və mühasibat uçotuna dair qüvvədə olan normativ-hüquqi aktları mənimsəmək, qanunvericilikdəki dəyişiklikləri davamlı olaraq izləmək və praktikada tətbiq etmək bacarığı;
- Proqram təminatı: 1C (8.3 versiyası) mühasibatlıq proqramında sərbəst işləmək bacarığı;
- Ofis proqramları: MS Office paketini, xüsusilə MS Excel proqramını operativ və yüksək səviyyədə bilmək;
- Analitik düşünmə, detallara qarşı diqqətli olma, rəqəmlərlə işləmək və yaranan problemləri təmkinlə həll etmək bacarığı;
- PMS sertifikatının olması üstünlükdür;
- Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı işgüzar ünsiyyət bacarığı (ingilis dili üstünlükdür);
- Müvafiq sahədə ən azı 5 il davamlı iş təcrübəsi.
İş şərtləri:
- İş günləri: 5 günlük iş qrafiki
- İş yeri: Yasamal rayonu. Mirəli Seyidov 93A
- Əməkhaqqı: 2000 Azn
Maraqlanan namizədlərdən mövzu hissəsində “Baş Mühasib” qeyd etməklə şəkilli CV-lərin Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.