Kiçik mühasib
MJ FinanceAccountant job in Baku
Salary: from 500 ₼ / month
- Location
- Bakı, Nərimanov
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 12, 2026
- Apply before
- November 11, 2026
- Category
- Finance & Banking
About this job
MJ Finance is hiring an accountant in Baku (Narimanov district). Full-time, salary 500 AZN. Apply directly to the employer.
Vəzifə öhdəlikləri:
- Gündəlik ödənişlərin hazırlanmasına və icrasına dəstək göstərilməsi;
- Hesab-fakturaların, qəbzlərin və digər mühasibat sənədlərinin yoxlanılması və sistemləşdirilməsi;
- İlkin sənədlər əsasında məlumatların 1C proqramına daxil edilməsi;
- Mühasibat sənədlərinin saxlanılması və arxivləşdirilməsi;
- Mühasibatlıq üzrə verilən digər gündəlik tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqədar sahə üzrə təhsil;
- Mühasibat uçotu üzrə ilkin biliklər;
- MS Office proqramlarından, xüsusilə Excel-dən istifadə bacarığı;
- 1C proqramı üzrə biliklər üstünlükdür;
- Mühasibatlıq və ya maliyyə sahəsində iş təcrübəsi üstünlükdür, lakin məcburi deyil;
- Sadə riyazi hesablamaları dəqiq aparmaq bacarığı;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
- Diqqətli, məsuliyyətli və öyrənməyə həvəsli olmaq;
- Komandada işləmək bacarığı.
İş barədə məlumat:
- Əməkhaqqı: 500 AZN;
- İş yeri: Bakı şəhəri, Aşıq Molla Cümə küçəsi;
- İş qrafiki: həftədə 5 gün, saat 09:00–18:00;
- Rahat ofis şəraiti və mehriban komanda.
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Kiçik mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.