Əsas məzmuna keç
GoJob

Kiçik mühasib

MJ FinanceBakıda mühasib vakansiyası

Maaş: 500 ₼-dən / ay

İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
12 oktyabr 2026
Son müraciət tarixi
11 noyabr 2026

Bakı şəhərində Maliyyə və Bank üzrə vakansiyalar

Vakansiya haqqında

MJ Finance Bakının Nərimanov rayonunda mühasib axtarır. Tam ştat, maaş 500 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə öhdəlikləri:

  • Gündəlik ödənişlərin hazırlanmasına və icrasına dəstək göstərilməsi;
  • Hesab-fakturaların, qəbzlərin və digər mühasibat sənədlərinin yoxlanılması və sistemləşdirilməsi;
  • İlkin sənədlər əsasında məlumatların 1C proqramına daxil edilməsi;
  • Mühasibat sənədlərinin saxlanılması və arxivləşdirilməsi;
  • Mühasibatlıq üzrə verilən digər gündəlik tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

  • Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqədar sahə üzrə təhsil;
  • Mühasibat uçotu üzrə ilkin biliklər;
  • MS Office proqramlarından, xüsusilə Excel-dən istifadə bacarığı;
  • 1C proqramı üzrə biliklər üstünlükdür;
  • Mühasibatlıq və ya maliyyə sahəsində iş təcrübəsi üstünlükdür, lakin məcburi deyil;
  • Sadə riyazi hesablamaları dəqiq aparmaq bacarığı;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
  • Diqqətli, məsuliyyətli və öyrənməyə həvəsli olmaq;
  • Komandada işləmək bacarığı.

İş barədə məlumat:

  • Əməkhaqqı: 500 AZN;
  • İş yeri: Bakı şəhəri, Aşıq Molla Cümə küçəsi;
  • İş qrafiki: həftədə 5 gün, saat 09:00–18:00;
  • Rahat ofis şəraiti və mehriban komanda.

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Kiçik mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

MJ Finance şirkətinin digər vakansiyaları

MJ Finance vakansiyaları