Skip to content
GoJob

Planlama mühəndisi (Avant Green Layihəsi)

Avant ConstructionPlanning engineer job in Baku

Salary: from 2,500 ₼ / month

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
October 28, 2026
Apply before
November 27, 2026
Category
Engineering

Engineering jobs in Baku

About this job

Avant Construction is hiring a planning engineer in Baku. Full-time, salary 2,500 AZN. Apply directly to the employer.

Vəzifə və məsuliyyətlər

  • Layihənin icra qrafikinin hazırlanması, izlənməsi və yenilənməsi, plandan kənarlaşmaların vaxtında aşkarlanaraq idarəetməyə çatdırılması.
  • Layihə Rəhbəri, Sahə Rəisi və mühəndislərlə birlikdə layihənin baza qrafikini (baseline schedule) hazırlamaq və PMO-nun təsdiqinə təqdim etmək
  • Satınalma, layihələndirmə və işçi çertyojların (shop drawings) təqdimat qrafiklərini ümumi layihə qrafikinə inteqrasiya etmək
  • Subpodratçıların qrafiklərini yoxlamaq və layihə qrafiki ilə uzlaşdırmaq
  • Sahədən və subpodratçılardan irəliləyiş məlumatlarını toplamaq, yoxlamaq və qrafikə daxil etmək
  • Qrafiki müəyyən olunmuş dövrlərlə yeniləmək və yeniləməni PMO-ya təqdim etmək
  • Faktiki icra ilə baza qrafik arasındakı kənarlaşmaları qeydə almaq və təhlil etmək
  • Kritik yolu (critical path), ehtiyat vaxtı (float) və əsas mərhələləri (milestones) izləmək
  • Gecikmə risklərini Layihə Rəhbərinə vaxtında bildirmək
  • Bərpa planlarının (recovery plan) hazırlanmasında iştirak etmək
  • Dəyişikliklərin və gecikmələrin qrafikə təsirinin qiymətləndirilməsi üçün məlumat hazırlamaq
  • Sahə Rəisi ilə birlikdə qısamüddətli (2-4 həftəlik look-ahead) və həftəlik iş planları hazırlamaq
  • Həftəlik status hesabatı üçün qrafik məlumatlarını hazırlamaq
  • Aylıq planlama hesabatı və S-əyrilərini (S-curve) hazırlamaq
  • Qazanılmış dəyər (Earned Value) hesablamaları üçün irəliləyiş məlumatlarını PMO-ya təqdim etmək

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (inşaat mühəndisliyi və ya əlaqəli ixtisas)
  • Planlama sahəsində minimum 3 il iş təcrübəsi
  • Primavera P6 proqramında sərbəst işləmək bacarığı
  • Azərbaycan dilində sərbəst, ingilis dilində işlək səviyyədə ünsiyyət
  • Üstünlük: Planlama üzrə peşəkar sertifikat (PSP və ya ekvivalenti)

İş Şəraiti:

  • İş qrafiki: 6 gün
  • İş yeri: Bakı, Bakıxanov qəs.Ruhulla Axundov 16
  • Əmək haqqı: 2500-3000 AZN (NET)
  • Əlavə imkanlar: Şirkət tərəfindən nahar təmin olunur

Maraqlanan namizədlər CV formalarını  mövzu yerinə “Planlama mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

More jobs at Avant Construction

Jobs at Avant Construction