Planlama mühəndisi (Avant Green Layihəsi)
Avant ConstructionВакансия инженера по планированию в Баку
Зарплата: от 2 500 ₼ / мес.
О вакансии
Avant Construction ищет инженера по планированию в Баку. Полная занятость, зарплата 2 500 AZN. Отклик напрямую работодателю.
Vəzifə və məsuliyyətlər
- Layihənin icra qrafikinin hazırlanması, izlənməsi və yenilənməsi, plandan kənarlaşmaların vaxtında aşkarlanaraq idarəetməyə çatdırılması.
- Layihə Rəhbəri, Sahə Rəisi və mühəndislərlə birlikdə layihənin baza qrafikini (baseline schedule) hazırlamaq və PMO-nun təsdiqinə təqdim etmək
- Satınalma, layihələndirmə və işçi çertyojların (shop drawings) təqdimat qrafiklərini ümumi layihə qrafikinə inteqrasiya etmək
- Subpodratçıların qrafiklərini yoxlamaq və layihə qrafiki ilə uzlaşdırmaq
- Sahədən və subpodratçılardan irəliləyiş məlumatlarını toplamaq, yoxlamaq və qrafikə daxil etmək
- Qrafiki müəyyən olunmuş dövrlərlə yeniləmək və yeniləməni PMO-ya təqdim etmək
- Faktiki icra ilə baza qrafik arasındakı kənarlaşmaları qeydə almaq və təhlil etmək
- Kritik yolu (critical path), ehtiyat vaxtı (float) və əsas mərhələləri (milestones) izləmək
- Gecikmə risklərini Layihə Rəhbərinə vaxtında bildirmək
- Bərpa planlarının (recovery plan) hazırlanmasında iştirak etmək
- Dəyişikliklərin və gecikmələrin qrafikə təsirinin qiymətləndirilməsi üçün məlumat hazırlamaq
- Sahə Rəisi ilə birlikdə qısamüddətli (2-4 həftəlik look-ahead) və həftəlik iş planları hazırlamaq
- Həftəlik status hesabatı üçün qrafik məlumatlarını hazırlamaq
- Aylıq planlama hesabatı və S-əyrilərini (S-curve) hazırlamaq
- Qazanılmış dəyər (Earned Value) hesablamaları üçün irəliləyiş məlumatlarını PMO-ya təqdim etmək
Vəzifəyə olan tələblər:
- Ali təhsil (inşaat mühəndisliyi və ya əlaqəli ixtisas)
- Planlama sahəsində minimum 3 il iş təcrübəsi
- Primavera P6 proqramında sərbəst işləmək bacarığı
- Azərbaycan dilində sərbəst, ingilis dilində işlək səviyyədə ünsiyyət
- Üstünlük: Planlama üzrə peşəkar sertifikat (PSP və ya ekvivalenti)
İş Şəraiti:
- İş qrafiki: 6 gün
- İş yeri: Bakı, Bakıxanov qəs.Ruhulla Axundov 16
- Əmək haqqı: 2500-3000 AZN (NET)
- Əlavə imkanlar: Şirkət tərəfindən nahar təmin olunur
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Planlama mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.