Planlama mühəndisi
Capital ConstructionPlanning engineer job in Baku
Salary: from 1,500 ₼ / month
- Location
- Bakı, Nəsimi
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 11, 2026
- Apply before
- December 11, 2026
- Category
- Engineering & Technical
About this job
Capital Construction is hiring a planning engineer in Baku (Nasimi district). Full-time, salary 1,500 AZN. Apply directly to the employer.
Vəzifə və məsuliyyətlər
- Layihənin icra qrafikinin hazırlanması, izlənməsi və yenilənməsi, plandan kənarlaşmaların vaxtında aşkarlanaraq idarəetməyə çatdırılması.
- Layihə Rəhbəri, Sahə Rəisi və mühəndislərlə birlikdə layihənin baza qrafikini (baseline schedule) hazırlamaq və birbaşa rəhbərinin təsdiqinə təqdim etmək
- Satınalma, layihələndirmə və işçi çertyojların (shop drawings) təqdimat qrafiklərini ümumi layihə qrafikinə inteqrasiya etmək
- Subpodratçıların qrafiklərini yoxlamaq və layihə qrafiki ilə uzlaşdırmaq
- Sahədən və subpodratçılardan irəliləyiş məlumatlarını toplamaq, yoxlamaq və qrafikə daxil etmək
- Qrafiki müəyyən olunmuş dövrlərlə yeniləmək və yeniləməni birbaşa rəhbərinə təqdim etmək
- Faktiki icra ilə baza qrafik arasındakı kənarlaşmaları qeydə almaq və təhlil etmək
- Kritik yolu, ehtiyat vaxtı və əsas mərhələləri izləmək
- Gecikmə risklərini Layihə Rəhbərinə vaxtında bildirmək
- Bərpa planlarının hazırlanmasında iştirak etmək
- Dəyişikliklərin və gecikmələrin qrafikə təsirinin qiymətləndirilməsi üçün məlumat hazırlamaq
- Sahə Rəisi ilə birlikdə qısamüddətli (2-4 həftəlik) və həftəlik iş planları hazırlamaq
- Həftəlik status hesabatı üçün qrafik məlumatlarını hazırlamaq
- Aylıq planlama hesabatı hazırlamaq
- Qazanılmış dəyər hesablamaları üçün irəliləyiş məlumatlarını birbaşa rəhbərinə təqdim etmək
Vəzifəyə olan tələblər:
- Ali təhsil (inşaat mühəndisliyi və ya əlaqəli ixtisas)
- Planlama sahəsində minimum 2 il iş təcrübəsi
- 1C proqramında sərbəst işləmək bacarığı
- Azərbaycan dilində sərbəst, ingilis dilində işlək səviyyədə ünsiyyət
- Autocad proqramında işləmək bacarığı
- Üstünlük: Planlama üzrə peşəkar sertifikat (PSP və ya ekvivalenti)
İş Şəraiti:
- İş qrafiki: 6 gün
- İş yeri: Nəsimi r.
- Əmək haqqı: 1500-2500 manat (namizədin bilik və bacarıqlarına uyğun təyin olunacaq)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.