Əsas məzmuna keç
GoJob

Planlama mühəndisi

Capital ConstructionBakıda planlama mühəndisi vakansiyası

Maaş: 1.500 ₼-dən / ay

Yerləşmə
Bakı, Nəsimi
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
11 noyabr 2026
Son müraciət tarixi
11 dekabr 2026

Bakı şəhərində Mühəndislik və Texniki işlər üzrə vakansiyalar

Vakansiya haqqında

Capital Construction Bakının Nəsimi rayonunda planlama mühəndisi axtarır. Tam ştat, maaş 1 500 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə və məsuliyyətlər

  • Layihənin icra qrafikinin hazırlanması, izlənməsi və yenilənməsi, plandan kənarlaşmaların vaxtında aşkarlanaraq idarəetməyə çatdırılması.
  • Layihə Rəhbəri, Sahə Rəisi və mühəndislərlə birlikdə layihənin baza qrafikini (baseline schedule) hazırlamaq və birbaşa rəhbərinin təsdiqinə təqdim etmək
  • Satınalma, layihələndirmə və işçi çertyojların (shop drawings) təqdimat qrafiklərini ümumi layihə qrafikinə inteqrasiya etmək
  • Subpodratçıların qrafiklərini yoxlamaq və layihə qrafiki ilə uzlaşdırmaq
  • Sahədən və subpodratçılardan irəliləyiş məlumatlarını toplamaq, yoxlamaq və qrafikə daxil etmək
  • Qrafiki müəyyən olunmuş dövrlərlə yeniləmək və yeniləməni birbaşa rəhbərinə təqdim etmək
  • Faktiki icra ilə baza qrafik arasındakı kənarlaşmaları qeydə almaq və təhlil etmək
  • Kritik yolu, ehtiyat vaxtı və əsas mərhələləri izləmək
  • Gecikmə risklərini Layihə Rəhbərinə vaxtında bildirmək
  • Bərpa planlarının hazırlanmasında iştirak etmək
  • Dəyişikliklərin və gecikmələrin qrafikə təsirinin qiymətləndirilməsi üçün məlumat hazırlamaq
  • Sahə Rəisi ilə birlikdə qısamüddətli (2-4 həftəlik) və həftəlik iş planları hazırlamaq
  • Həftəlik status hesabatı üçün qrafik məlumatlarını hazırlamaq
  • Aylıq planlama hesabatı hazırlamaq
  • Qazanılmış dəyər hesablamaları üçün irəliləyiş məlumatlarını birbaşa rəhbərinə təqdim etmək

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (inşaat mühəndisliyi və ya əlaqəli ixtisas)
  • Planlama sahəsində minimum 2 il iş təcrübəsi
  • 1C proqramında sərbəst işləmək bacarığı
  • Azərbaycan dilində sərbəst, ingilis dilində işlək səviyyədə ünsiyyət
  • Autocad proqramında işləmək bacarığı
  • Üstünlük: Planlama üzrə peşəkar sertifikat (PSP və ya ekvivalenti)

İş Şəraiti:

  • İş qrafiki: 6 gün
  • İş yeri: Nəsimi r.
  • Əmək haqqı: 1500-2500 manat (namizədin bilik və bacarıqlarına uyğun təyin olunacaq)

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Capital Construction şirkətinin digər vakansiyaları

Capital Construction vakansiyaları