Proseslərə nəzarət və təkmilləşdirmə üzrə mütəxəssis
Sirab Satış və Dağıtım MMCProseslərə nəzarət və təkmilləşdirmə üzrə mütəxəssis job in Khirdalan
Salary: No salary given
- Location
- Xırdalan, Abşeron
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 19, 2026
- Views
- 713
- Applications
- 42
- Apply before
- December 19, 2026
- Category
- Sales & Retail
About this job
Sirab Satış və Dağıtım MMC is hiring for the role “Proseslərə nəzarət və təkmilləşdirmə üzrə mütəxəssis” in Khirdalan. Full-time. Apply directly to the employer.
Öhdəliklər:
- Müəssisənin struktur bölmələrində təsdiq edilmiş prosedur və təlimatların faktiki iş prosesində tətbiqini yoxlamaq;
- Prosedurlarda nəzərdə tutulmuş tələblərlə faktiki icra arasında fərqləri müəyyən etmək;
- Əməkdaşların funksiyalarının faktiki icrasının vəzifə təlimatları ilə uyğunluğunu yoxlamaq,
- Vəzifə təlimatlarında qeyd edilməyən, lakin faktiki yerinə yetirilən funksiyaları müəyyən etmək;
- İcra olunmayan, təkrarlanan və ya digər əməkdaşların funksiyaları ilə üst-üstə düşən işləri aşkar etmək;
- Biznes proseslərinin mərhələlərini təhlil edərək vaxt itkisi, artıq əməliyyatlar və səmərəsiz fəaliyyətləri müəyyən etmək;
- Proseslərin optimallaşdırılması, əməliyyatların təkmilləşdirilməsi və resurslardan səmərəli istifadə ilə bağlı təkliflər hazırlamaq;
- ISO 9001 üzrə Daxili Auditlər təşkil etmək və nəticələri sənədləşdirmək;
- Aşkar edilmiş problemlər üzrə təhlil və monitorinq hesabatları hazırlamaq;
- Razılaşdırılmış təkmilləşdirmə tədbirlərinin icrasını və əldə edilmiş nəticələri yoxlamaq;
- Monitorinq nəticələri və təkmilləşdirmə təklifləri barədə şöbə müdirinə mütəmadi hesabat təqdim etmək
Əsas tələblər:
- Ali təhsil Biznesin idarə edilməsi, Menecment və əlaqəli ixtisaslara üstünlük verilir.
- Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
- Azərbaycan dili – yaxşı; Rus və ingilis dili biliyi üstünlükdür;
- MS Office, xüsusilə Excel və PowerPoint üzrə yaxşı biliklər. Power BI, Visio və proseslərin modelləşdirilməsi alətləri üzrə biliklər üstünlükdür.
- Biznes proseslərinin təhlili və qiymətləndirilməsi bacarığı;
- Vəzifə funksiyalarının və iş yükünün təhlili üzrə biliklər;
- Məlumatların toplanması, təhlili və hesabatların hazırlanması bacarığı;
- Auditlər təşkil etmək və qiymətləndirmək bacarığı.
Fərdi keyfiyyət göstəriciləri:
- Məsuliyyətlilik
- Analitik düşüncə tərzli
- Komandada işləmək bacarığı
- Ünsiyyət qurma bacarığı
İş vaxtının norması:
- 5 günlük iş rejimi
- Saat - 09:00/17:00
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Nahar şirkət tərəfindən təmin edilir
- Korporativ telefon nömrəsi və danışıq paketi
İş yeri:
- Abşeron rayonu, Xırdalan şəhəri, (Masazır dairəsi yaxınlığı) Xəritə: https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Proseslərə nəzarət və təkmilləşdirmə üzrə mütəxəssis” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.