Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Proseslərə nəzarət və təkmilləşdirmə üzrə mütəxəssis

Sirab Satış və Dağıtım MMCXırdalanda proseslərə nəzarət və təkmilləşdirmə üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
19 noyabr 2026
Baxış
713
Müraciət
42
Son müraciət tarixi
19 dekabr 2026

Vakansiya haqqında

Sirab Satış və Dağıtım MMC Xırdalanda «Proseslərə nəzarət və təkmilləşdirmə üzrə mütəxəssis» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Öhdəliklər: 

  • Müəssisənin struktur bölmələrində təsdiq edilmiş prosedur və təlimatların faktiki iş prosesində tətbiqini yoxlamaq;
  • Prosedurlarda nəzərdə tutulmuş tələblərlə faktiki icra arasında fərqləri müəyyən etmək;
  • Əməkdaşların funksiyalarının faktiki icrasının vəzifə təlimatları ilə uyğunluğunu yoxlamaq,
  • Vəzifə təlimatlarında qeyd edilməyən, lakin faktiki yerinə yetirilən funksiyaları müəyyən etmək;
  • İcra olunmayan, təkrarlanan və ya digər əməkdaşların funksiyaları ilə üst-üstə düşən işləri aşkar etmək;
  • Biznes proseslərinin mərhələlərini təhlil edərək vaxt itkisi, artıq əməliyyatlar və səmərəsiz fəaliyyətləri müəyyən etmək;
  • Proseslərin optimallaşdırılması, əməliyyatların təkmilləşdirilməsi və resurslardan səmərəli istifadə ilə bağlı təkliflər hazırlamaq;
  • ISO 9001 üzrə Daxili Auditlər təşkil etmək və nəticələri sənədləşdirmək;
  • Aşkar edilmiş problemlər üzrə təhlil və monitorinq hesabatları hazırlamaq;
  • Razılaşdırılmış təkmilləşdirmə tədbirlərinin icrasını və əldə edilmiş nəticələri yoxlamaq;
  • Monitorinq nəticələri və təkmilləşdirmə təklifləri barədə şöbə müdirinə mütəmadi hesabat təqdim etmək

Əsas tələblər:

  • Ali təhsil  Biznesin idarə edilməsi, Menecment və əlaqəli ixtisaslara üstünlük verilir.
  • Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
  • Azərbaycan dili –  yaxşı; Rus və ingilis dili biliyi üstünlükdür;
  • MS Office, xüsusilə Excel və PowerPoint üzrə yaxşı biliklər. Power BI, Visio və proseslərin modelləşdirilməsi alətləri üzrə biliklər üstünlükdür.
  • Biznes proseslərinin təhlili və qiymətləndirilməsi bacarığı;
  • Vəzifə funksiyalarının və iş yükünün təhlili üzrə biliklər;
  • Məlumatların toplanması, təhlili və hesabatların hazırlanması bacarığı;
  • Auditlər təşkil etmək və qiymətləndirmək bacarığı.

Fərdi keyfiyyət göstəriciləri:

  • Məsuliyyətlilik
  • Analitik düşüncə tərzli
  • Komandada işləmək bacarığı
  • Ünsiyyət qurma bacarığı

İş vaxtının norması:

  • 5 günlük iş rejimi
  • Saat - 09:00/17:00

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Nahar şirkət tərəfindən təmin edilir
  • Korporativ telefon nömrəsi və danışıq paketi

İş yeri:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Proseslərə nəzarət və təkmilləşdirmə üzrə mütəxəssis” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Sirab Satış və Dağıtım MMC şirkətinin digər vakansiyaları

Sirab Satış və Dağıtım MMC vakansiyaları