Bölgə müdiri (Cənub bölgəsi üzrə)
Omid Mağazalar şəbəkəsiRegional manager job in Baku
Salary: from 1,750 ₼ / month
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 16, 2026
- Views
- 704
- Applications
- 36
- Apply before
- December 16, 2026
- Category
- Sales & Retail
About this job
Omid Mağazalar şəbəkəsi is hiring a regional manager in Baku. Full-time, salary 1,750 AZN. Apply directly to the employer.
Namizədə tələblər:
- Yaş həddi: 30–50;
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Ali təhsil üstünlükdür;
- Satış və komandanın idarə edilməsi sahəsində praktiki təcrübə;
- MS Office proqramlarında işləmə bacarığı;
- Satış texnikaları və bazar təhlili üzrə biliklər;
- Liderlik, effektiv ünsiyyət və təşkilatçılıq bacarıqları;
- Analitik düşünmə və qərarvermə qabiliyyəti.
Əsas vəzifə öhdəlikləri:
- Cənub bölgəsi üzrə satış hədəflərinin yerinə yetirilməsini təmin etmək;
- Bölgədə fəaliyyət göstərən mağazaların işinə nəzarət etmək və onların fəaliyyətini koordinasiya etmək;
- Mağaza müdirlərinin fəaliyyətini idarə etmək, istiqamətləndirmək və nəticələrini qiymətləndirmək;
- Satış göstəricilərini təhlil etmək, plan-fakt müqayisələri aparmaq və satışların artırılması istiqamətində tədbirlər həyata keçirmək;
- Mağazalarda əməkdaşların iş fəaliyyətinə, əmək intizamına və müştəri xidmətinin keyfiyyətinə nəzarət etmək;
- Mövcud müştəri bazasının inkişafını və yeni müştərilərin cəlb edilməsini təmin etmək;
- Rəqib şirkətlərin fəaliyyətini və regional bazar tendensiyalarını təhlil etmək;
- Mütəmadi satış hesabatları və analitik təhlillər hazırlamaq;
- Mağazaların fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində təkliflər vermək;
- Rəhbərlik tərəfindən verilən tapşırıq və göstərişlərin vaxtında və keyfiyyətlə icrasını təmin etmək.
Şirkət tərəfindən təklif olunur:
- Əməkhaqqı: 1 750 AZN + əlavə bonus;
- Yanacaq təminatı: aylıq 350 AZN;
- Xidməti avtomobil şirkət tərəfindən təmin olunur;
- Nahar təminatı: aylıq 200 AZN;
- Peşəkar inkişaf və karyera imkanları.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.