Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Bölgə müdiri (Cənub bölgəsi üzrə)

Omid Mağazalar şəbəkəsiBakıda regional menecer vakansiyası

Maaş: 1.750 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
16 noyabr 2026
Baxış
704
Müraciət
36
Son müraciət tarixi
16 dekabr 2026

Bakı şəhərində Satış və Ticarət üzrə iş elanları

Vakansiya haqqında

Omid Mağazalar şəbəkəsi Bakıda regional menecer axtarır. Tam ştat, maaş 1 750 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Namizədə tələblər:

  • Yaş həddi: 30–50;
  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • Ali təhsil üstünlükdür;
  • Satış və komandanın idarə edilməsi sahəsində praktiki təcrübə;
  • MS Office proqramlarında  işləmə bacarığı;
  • Satış texnikaları və bazar təhlili üzrə biliklər;
  • Liderlik, effektiv ünsiyyət və təşkilatçılıq bacarıqları;
  • Analitik düşünmə və qərarvermə qabiliyyəti.

Əsas vəzifə öhdəlikləri:

  • Cənub bölgəsi üzrə satış hədəflərinin yerinə yetirilməsini təmin etmək;
  • Bölgədə fəaliyyət göstərən mağazaların işinə nəzarət etmək və onların fəaliyyətini koordinasiya etmək;
  • Mağaza müdirlərinin fəaliyyətini idarə etmək, istiqamətləndirmək və nəticələrini qiymətləndirmək;
  • Satış göstəricilərini təhlil etmək, plan-fakt müqayisələri aparmaq və satışların artırılması istiqamətində tədbirlər həyata keçirmək;
  • Mağazalarda əməkdaşların iş fəaliyyətinə, əmək intizamına və müştəri xidmətinin keyfiyyətinə nəzarət etmək;
  • Mövcud müştəri bazasının inkişafını və yeni müştərilərin cəlb edilməsini təmin etmək;
  • Rəqib şirkətlərin fəaliyyətini və regional bazar tendensiyalarını təhlil etmək;
  • Mütəmadi satış hesabatları və analitik təhlillər hazırlamaq;
  • Mağazaların fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində təkliflər vermək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıq və göstərişlərin vaxtında və keyfiyyətlə icrasını təmin etmək.

Şirkət tərəfindən təklif olunur:

  • Əməkhaqqı: 1 750 AZN + əlavə bonus;
  • Yanacaq təminatı: aylıq 350 AZN;
  • Xidməti avtomobil şirkət tərəfindən təmin olunur;
  • Nahar təminatı: aylıq 200 AZN;
  • Peşəkar inkişaf və karyera imkanları.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Omid Mağazalar şəbəkəsi şirkətinin digər vakansiyaları

Omid Mağazalar şəbəkəsi vakansiyaları