Risklərin idarə edilməsi şöbəsinin rəhbəri
Tiko Azərbaycan MMCSpecialist (Legal) job in Baku
Salary: No salary given
About this job
Tiko Azərbaycan MMC is hiring for the role “specialist (Legal)” in Baku. Full-time, on-site. Apply by email, directly to the employer.
Vəzifə öhdəlikləri
- Şirkət üzrə risklərin idarə edilməsi strategiyasının, siyasətinin və metodologiyasının hazırlanması və tətbiqinə rəhbərlik etmək;
- Əməliyyat, maliyyə, texnoloji və digər risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, monitorinqi və minimallaşdırılması proseslərini idarə etmək;
- Risklərin idarə edilməsi və daxili nəzarət sisteminin effektivliyini təmin etmək;
- Baş vermiş insidentlərin araşdırılmasına, kök səbəblərinin müəyyənləşdirilməsinə və qabaqlayıcı tədbirlərin hazırlanmasına rəhbərlik etmək;
- Yeni məhsul, xidmət, layihə və biznes proseslərinin risk əsaslı qiymətləndirilməsini təmin etmək;
- Risklərin və nəzarət tədbirlərinin özünüqiymətləndirilməsi (RCSA) prosesini təşkil etmək və idarə etmək;
- Əsas risk indikatorlarının (KRI) müəyyənləşdirilməsi, monitorinqi və risk hesabatlılığı sisteminin qurulmasını təmin etmək;
- Azərbaycan Respublikası Mərkəzi Bankının elektron pul və ödəniş təşkilatlarına dair normativ tələblərinə uyğunluğun təmin edilməsi istiqamətində aidiyyəti struktur bölmələrlə əməkdaşlıq etmək;
- Risklərin idarə edilməsi üzrə daxili normativ sənədlərin hazırlanmasına və təkmilləşdirilməsinə rəhbərlik etmək;
- Risklər üzrə mütəmadi hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Şirkət üzrə risk mədəniyyətinin formalaşdırılmasını və əməkdaşların maarifləndirilməsini təmin etmək.
Namizədə dair tələblər
- Ali təhsil (maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi, hüquq və ya əlaqəli sahələr üzrə);
- Risklərin idarə edilməsi, daxili nəzarət, audit və ya uyğunluq (Compliance) sahəsində minimum 3-5 il iş təcrübəsi, rəhbər vəzifədə təcrübə üstünlükdür;
- Azərbaycan və ingilis dili sərbəst, rus dilini bilən namizədlərə üstünlük veriləcəkdir;
- Azərbaycan Respublikasının “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunu və Mərkəzi Bankın elektron pul və ödəniş təşkilatlarına dair normativ hüquqi aktları üzrə biliklər;
- Risklərin idarə edilməsi, RCSA, KRI və daxili nəzarət metodologiyaları üzrə praktiki biliklər;
- ISO 31000, COSO ERM və digər beynəlxalq risk idarəetmə standartları üzrə biliklər;
- Strateji və analitik düşünmə, problem həll etmə bacarığı;
- Effektiv kommunikasiya bacarıqları;
- Yüksək məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
About Tiko Azərbaycan MMC
- Open jobs
- 1
- Last 6 months
- 3
- Main city
- Baku
Who they hire
- compliance specialist
Tiko Azərbaycan MMC jobs: this is the company's only open job on GoJob right now. Over the last 6 months, working at Tiko Azərbaycan MMC was offered in 3 job posts. All Tiko Azərbaycan MMC careers openings are on the company page.
All Tiko Azərbaycan MMC jobs (1)Questions about the Risklərin idarə edilməsi şöbəsinin rəhbəri job
What are the hours?
Employment: Full time.
Can I work remotely?
No, the job is on site.
Where is the job?
Bakı.
How do I apply?
Press “Apply”: the company's email opens, send your CV there.