Risklərin idarə edilməsi şöbəsinin rəhbəri
Tiko Azərbaycan MMCBakıda risklərin idarə edilməsi şöbəsinin rəhbəri vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
Vakansiya haqqında
Tiko Azərbaycan MMC Bakıda «Risklərin idarə edilməsi şöbəsinin rəhbəri» vəzifəsinə işçi axtarır. Tam ştat, ofisdə iş. Müraciət e-poçtla, birbaşa işəgötürənə.
Vəzifə öhdəlikləri
- Şirkət üzrə risklərin idarə edilməsi strategiyasının, siyasətinin və metodologiyasının hazırlanması və tətbiqinə rəhbərlik etmək;
- Əməliyyat, maliyyə, texnoloji və digər risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, monitorinqi və minimallaşdırılması proseslərini idarə etmək;
- Risklərin idarə edilməsi və daxili nəzarət sisteminin effektivliyini təmin etmək;
- Baş vermiş insidentlərin araşdırılmasına, kök səbəblərinin müəyyənləşdirilməsinə və qabaqlayıcı tədbirlərin hazırlanmasına rəhbərlik etmək;
- Yeni məhsul, xidmət, layihə və biznes proseslərinin risk əsaslı qiymətləndirilməsini təmin etmək;
- Risklərin və nəzarət tədbirlərinin özünüqiymətləndirilməsi (RCSA) prosesini təşkil etmək və idarə etmək;
- Əsas risk indikatorlarının (KRI) müəyyənləşdirilməsi, monitorinqi və risk hesabatlılığı sisteminin qurulmasını təmin etmək;
- Azərbaycan Respublikası Mərkəzi Bankının elektron pul və ödəniş təşkilatlarına dair normativ tələblərinə uyğunluğun təmin edilməsi istiqamətində aidiyyəti struktur bölmələrlə əməkdaşlıq etmək;
- Risklərin idarə edilməsi üzrə daxili normativ sənədlərin hazırlanmasına və təkmilləşdirilməsinə rəhbərlik etmək;
- Risklər üzrə mütəmadi hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Şirkət üzrə risk mədəniyyətinin formalaşdırılmasını və əməkdaşların maarifləndirilməsini təmin etmək.
Namizədə dair tələblər
- Ali təhsil (maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi, hüquq və ya əlaqəli sahələr üzrə);
- Risklərin idarə edilməsi, daxili nəzarət, audit və ya uyğunluq (Compliance) sahəsində minimum 3-5 il iş təcrübəsi, rəhbər vəzifədə təcrübə üstünlükdür;
- Azərbaycan və ingilis dili sərbəst, rus dilini bilən namizədlərə üstünlük veriləcəkdir;
- Azərbaycan Respublikasının “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunu və Mərkəzi Bankın elektron pul və ödəniş təşkilatlarına dair normativ hüquqi aktları üzrə biliklər;
- Risklərin idarə edilməsi, RCSA, KRI və daxili nəzarət metodologiyaları üzrə praktiki biliklər;
- ISO 31000, COSO ERM və digər beynəlxalq risk idarəetmə standartları üzrə biliklər;
- Strateji və analitik düşünmə, problem həll etmə bacarığı;
- Effektiv kommunikasiya bacarıqları;
- Yüksək məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tiko Azərbaycan MMC haqqında
- Aktiv vakansiya
- 1
- Son 6 ayda
- 3
- Əsas şəhər
- Bakı
Kimləri axtarır
- komplayens üzrə mütəxəssis
Tiko Azərbaycan MMC vakansiyaları: hazırda GoJob-da şirkətin yalnız bu elanı aktivdir. Son 6 ayda Tiko Azərbaycan MMC şirkətində iş üçün 3 vakansiya dərc olunub. Tiko Azərbaycan MMC işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.
Tiko Azərbaycan MMC: bütün vakansiyalar (1)«Risklərin idarə edilməsi şöbəsinin rəhbəri» vakansiyası haqqında suallar
İş qrafiki necədir?
Məşğulluq növü: Tam ştat.
Uzaqdan işləmək olarmı?
Xeyr, iş ofisdədir.
İş harada yerləşir?
Bakı.
Necə müraciət etmək olar?
«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.