Skip to content
GoJob

Rus bölməsi üzrə tərbiyəçi

Bağçam Preschool NetworkRus bölməsi üzrə tərbiyəçi job in Baku

Salary: from 600 ₼ / month

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
October 21, 2026
Apply before
November 20, 2026
Category
Education

Education jobs in Baku

About this job

Bağçam Preschool Network is hiring for the role “Rus bölməsi üzrə tərbiyəçi” in Baku. Full-time, salary 600 AZN. Apply directly to the employer.

Bağçam Uşaq Bağçaları komandamıza 3–4 yaşlı uşaqlardan ibarət yaş qrupunda çalışacaq, rus dilini sərbəst bilən, qayğıkeş və məsuliyyətli tərbiyəçi axtarırıq!

İş şəraiti:

  • İş qrafiki: Həftənin 5 günü, saat 08:00–18:00
  • Əmək haqqı: 600 AZN
  • Bölmə: Rus bölməsi
  • Yaş qrupu: 3–4 yaş

Namizədə tələblər:

  • Məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali və ya orta ixtisas təhsili;
  • Rus dilini sərbəst bilmək və uşaqlarla gündəlik ünsiyyəti rus dilində aparmaq bacarığı;
  • 3–4 yaşlı uşaqlarla işləmək bacarığı və təcrübəsi arzuolunandır;
  • Erkən yaş dövrünün inkişaf xüsusiyyətlərini bilmək;
  • Uşaqların nitq, təfəkkür, motorika və sosial bacarıqlarının inkişafına dəstək olmaq;
  • Səbirli, qayğıkeş, yaradıcı və məsuliyyətli olmaq;
  • Uşaqların təhlükəsizliyini və gigiyenasını təmin etmək;
  • Komanda ilə işləmək və valideynlərlə düzgün ünsiyyət qurmaq bacarığı;
  • Bağçanın daxili qaydalarına və təlim-tərbiyə standartlarına riayət etmək.

Əsas vəzifələr:

  • 3–4 yaşlı uşaqlar üçün gündəlik fəaliyyət və məşğələlər təşkil etmək;
  • Oyun əsaslı öyrənmə metodlarından istifadə etmək;
  • Rus dilində nitq və ünsiyyət bacarıqlarının inkişafını dəstəkləmək;
  • Uşaqların özünəxidmət, müstəqillik və sosiallaşma bacarıqlarını inkişaf etdirmək;
  • Uşaqların emosional vəziyyətini və fərdi ehtiyaclarını nəzərə almaq;
  • Qrupda təhlükəsiz, mehriban və inkişafetdirici mühit yaratmaq;
  • Uşaqların inkişafını müşahidə etmək və nəticələri izləmək;
  • Valideynləri uşaqların gündəlik fəaliyyəti və inkişafı barədə məlumatlandırmaq.

Bizim komandamıza qoşulun!

Uşaqların inkişafına töhfə vermək, öz bilik və bacarıqlarını tətbiq etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

More jobs at Bağçam Preschool Network

Jobs at Bağçam Preschool Network