Rus bölməsi üzrə tərbiyəçi
Bağçam Preschool NetworkBakıda rus bölməsi üzrə tərbiyəçi vakansiyası
Maaş: 600 ₼-dən / ay
Vakansiya haqqında
Bağçam Preschool Network Bakıda «Rus bölməsi üzrə tərbiyəçi» vəzifəsinə işçi axtarır. Tam ştat, maaş 600 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.
Bağçam Uşaq Bağçaları komandamıza 3–4 yaşlı uşaqlardan ibarət yaş qrupunda çalışacaq, rus dilini sərbəst bilən, qayğıkeş və məsuliyyətli tərbiyəçi axtarırıq!
İş şəraiti:
- İş qrafiki: Həftənin 5 günü, saat 08:00–18:00
- Əmək haqqı: 600 AZN
- Bölmə: Rus bölməsi
- Yaş qrupu: 3–4 yaş
Namizədə tələblər:
- Məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali və ya orta ixtisas təhsili;
- Rus dilini sərbəst bilmək və uşaqlarla gündəlik ünsiyyəti rus dilində aparmaq bacarığı;
- 3–4 yaşlı uşaqlarla işləmək bacarığı və təcrübəsi arzuolunandır;
- Erkən yaş dövrünün inkişaf xüsusiyyətlərini bilmək;
- Uşaqların nitq, təfəkkür, motorika və sosial bacarıqlarının inkişafına dəstək olmaq;
- Səbirli, qayğıkeş, yaradıcı və məsuliyyətli olmaq;
- Uşaqların təhlükəsizliyini və gigiyenasını təmin etmək;
- Komanda ilə işləmək və valideynlərlə düzgün ünsiyyət qurmaq bacarığı;
- Bağçanın daxili qaydalarına və təlim-tərbiyə standartlarına riayət etmək.
Əsas vəzifələr:
- 3–4 yaşlı uşaqlar üçün gündəlik fəaliyyət və məşğələlər təşkil etmək;
- Oyun əsaslı öyrənmə metodlarından istifadə etmək;
- Rus dilində nitq və ünsiyyət bacarıqlarının inkişafını dəstəkləmək;
- Uşaqların özünəxidmət, müstəqillik və sosiallaşma bacarıqlarını inkişaf etdirmək;
- Uşaqların emosional vəziyyətini və fərdi ehtiyaclarını nəzərə almaq;
- Qrupda təhlükəsiz, mehriban və inkişafetdirici mühit yaratmaq;
- Uşaqların inkişafını müşahidə etmək və nəticələri izləmək;
- Valideynləri uşaqların gündəlik fəaliyyəti və inkişafı barədə məlumatlandırmaq.
Bizim komandamıza qoşulun!
Uşaqların inkişafına töhfə vermək, öz bilik və bacarıqlarını tətbiq etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.