Skip to content
GoJob

Elektrik işləri sahə mühəndisi

CCN HoldingSite engineer job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
October 20, 2026
Apply before
November 19, 2026
Category
Engineering

Engineering jobs in Baku

About this job

CCN Holding is hiring a site engineer in Baku. Full-time. Apply directly to the employer.

CCN Holding 2007-ci ildən etibarən səhiyyə, tikinti, yaxtaçılıq, texnologiya, təhsil və turizm sahələrində fəaliyyət göstərən, 3 ölkədə 10 minə yaxın əməkdaşı olan şirkətlər qrupudur. Qrup şirkətlərimizdən biri olan CCN İnşaatın Azərbaycandakı Olive Bay layihəsi üçün peşəkar və məsuliyyətli Elektrik İşləri Sahə Mühəndisi axtarırıq.

İşin təsviri:

  • Təsdiq edilmiş tətbiq layihələrinə, texniki spesifikasiyalara və iş proqramına uyğun olaraq elektrik işlərinin sahədə icrasını izləmək və koordinasiya etmək;
  • Elektrik işlərinin keyfiyyət tələblərinə, şirkətin prosedurlarına, əməyin mühafizəsi qaydalarına və qüvvədə olan qanunvericiliyə uyğun aparılmasına nəzarət etmək;
  • Subpodratçılar tərəfindən yerinə yetirilən elektrik işlərini yoxlamaq, keyfiyyətə nəzarət qeydlərini hazırlamaq və QA/QC bölməsinə təqdim etmək;
  • Subpodratçıların hazırladığı metraj, ataşman, haqq-hesab sənədlərini, material hesablamalarını və detallı iş proqramlarını yoxlamaq və izləmək;
  • Sahə işləri üçün tələb olunan material, avadanlıq və digər ehtiyacları müəyyən etmək, təminat prosesini izləmək;
  • Sahədə yaranan texniki məsələləri araşdırmaq, həll təklifləri vermək və zəruri texniki yoxlamaları aparmaq;
  • Layihənin digər bölmələri və subpodratçılarla koordinasiyalı işləmək.

Vəzifə üzrə tələblər:

  • Universitetlərin Elektrik Mühəndisliyi ixtisası üzrə ali təhsil;
  • Tikinti sektorunda ən azı 3 il, ümumilikdə isə ən azı 5 il iş təcrübəsi;
  • Elektrik layihələrini, tətbiq çertyojlarını və texniki spesifikasiyaları oxumaq və qiymətləndirmək bacarığı;
  • Smeta və iş həcmlərinin hesablanması,və haqq-hesab prosesləri barədə məlumatlı olmaq
  • MS Office, AutoCAD və oxşar texniki proqramlardan istifadə bacarığı;
  • Keyfiyyətə nəzarət, sınaq, istismara vermə və əməyin mühafizəsi prosesləri barədə bilik;
  • İngilis dili biliyinin orta səviyyədə olması; yaxşı səviyyədə olması üstünlükdür;
  • Analitik düşünmə, problem həll etmə, komandada işləmə və effektiv ünsiyyət bacarıqları.

İş yeri: Zağulba, Bakı

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Elektrik İşləri Sahə Mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

More jobs at CCN Holding

Jobs at CCN Holding