Skip to content
GoJob

Dəmir-Beton və Metal Konstruksiya İşləri üzrə Sahə Mühəndisi

CCN HoldingSite engineer job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
October 21, 2026
Apply before
November 20, 2026
Category
Engineering

Engineering jobs in Baku

About this job

CCN Holding is hiring a site engineer in Baku. Full-time. Apply directly to the employer.

CCN Holding 2007-ci ildən etibarən səhiyyə, tikinti, yaxtaçılıq, texnologiya, təhsil və turizm sahələrində fəaliyyət göstərən, 3 ölkədə 10 minə yaxın əməkdaşı olan şirkətlər qrupudur. Qrup şirkətlərimizdən biri olan CCN İnşaatın Azərbaycandakı Olive Bay layihəsi üçün peşəkar və məsuliyyətli Dəmir-beton və metal konstruksiya işləri üzrə sahə mühəndisi axtarırıq.

İşin təsviri:

  • Məsul olduğu tikinti və daşıyıcı sistem işlərinin təsdiq edilmiş layihələrə, texniki spesifikasiyalara və keyfiyyət standartlarına uyğun icrasını izləmək və yoxlamaq;
  • Layihənin əsas iş proqramına uyğun olaraq sahə işlərinin gedişini izləmək və aidiyyəti bölmələrlə koordinasiyanı təmin etmək;
  • Dəmir-beton, karkas və daşıyıcı sistem işlərini texniki baxımdan yoxlamaq, uyğunsuzluqları müəyyən etmək və aidiyyəti üzrə məlumat vermək;
  • Tətbiq layihələrini, texniki çertyojları və detalları nəzərdən keçirmək, sahədəki işlərin layihəyə uyğunluğunu yoxlamaq;
  • Subpodratçılar tərəfindən görülən işlərin keyfiyyətə nəzarət prosesini izləmək və müvafiq keyfiyyət qeydlərinin hazırlanmasına dəstək vermək;
  • İş həcmlərini, görülmüş işləri təsdiqləyən sənədləri, haqq-hesab sənədlərini və icra göstəricilərini yoxlamaq;
  • Sahədə yaranan texniki problemləri qiymətləndirmək, həll təklifləri hazırlamaq və zəruri texniki dəstək göstərmək;
  • Gündəlik, həftəlik və aylıq irəliləyiş hesabatları üçün məsul olduğu tikinti işləri barədə məlumatları hazırlamaq;
  • Əməyin mühafizəsi qaydalarına uyğun işləmək və məsul olduğu işlərin bu qaydalara uyğun aparılmasına nəzarət etmək.

Vəzifə üzrə tələblər:

  • Universitetlərin İnşaat Mühəndisliyi ixtisası üzrə ali təhsil;
  • Tikinti sektorunda ən azı 5 il, ümumilikdə isə ən azı 8 il iş təcrübəsi;
  • Dəmir-beton, polad konstruksiya və daşıyıcı sistem işləri üzrə texniki bilik;
  • Statik layihələri, texniki çertyojları və tətbiq detallarını oxumaq və qiymətləndirmək bacarığı;
  • İş həcmlərinin hesablanması, görülən işlərin izlənməsi və texniki hesabatların hazırlanması üzrə bilik;
  • Sahədə işləməyə və intensiv iş tempinə uyğunlaşmaq bacarığı;
  • Texniki komandalar və subpodratçılarla effektiv ünsiyyət və koordinasiya bacarığı;
  • İngilis dili biliyinin orta səviyyədə olması; yaxşı səviyyədə olması üstünlükdür;
  • Analitik düşünmə, problem həll etmə və komandada işləmək bacarığı.

İş yeri: Zağulba, Bakı

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Dəmir-beton və metal konstruksiya işləri üzrə sahə mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

More jobs at CCN Holding

Jobs at CCN Holding