Sahə Mühəndisi (Field Engineer) / Mexanik (Neft-Qaz Sektoru üzrə) / Texnik / CNCOperatoru
Gemza GroupSite engineer job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 30, 2026
- Apply before
- November 29, 2026
- Category
- Engineering
About this job
Gemza Group is hiring a site engineer in Baku. Full-time. Apply directly to the employer.
GemZA Group komandası olaraq inkişaf edən fəaliyyət istiqamətlərimiz üzrə yeni əməkdaşların komandamıza qoşulmasını məmnuniyyətlə gözləyirik.
Hazırda aşağıdakı vakansiyalar üzrə namizəd müraciətləri qəbul edilir:
- Sahə Mühəndisi (Field Engineer)
- Mexanik (Neft-Qaz Sektoru üzrə)
- Texnik
- CNCOperatoru
Kimlər müraciət edə bilər?
- Ali və ya orta ixtisas təhsilini yeni başa vurmuş məzunlar;
- Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsinə malik namizədlər;
- Texniki biliklərini inkişaf etdirmək və karyera qurmaq istəyən gənc mütəxəssislər;
- Dinamik mühitdə işləməyə və öyrənməyə həvəsli şəxslər.
Vakansiyalar üzrə əsas tələblər
Sahə Mühəndisi
- Mexanika, maşınqayırma, neft-qaz, enerji və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Texniki sənədlərlə işləmək bacarığı;
- Sahə işlərinə və ezamiyyətlərə hazır olmaq;
- İngilis dili biliyi üstünlük hesab olunur;
- MS Office proqramlarında işləmək bacarığı.
Mexanik (Neft-Qaz Sektoru üzrə)
- Mexanika və ya əlaqəli texniki sahə üzrə təhsil;
- Nasoslar, kompressorlar, klapanlar və digər fırlanan avadanlıqlar haqqında ilkin biliklər;
- Avadanlıqların texniki baxışı və təmiri sahəsinə maraq;
- Komandada işləmək bacarığı.
Texnik
- Texniki sahə üzrə orta ixtisas və ya ali təhsil;
- Mexaniki və ya elektrik avadanlıqları ilə işləməyə maraq;
- Yeni bilik və bacarıqları tez mənimsəmə qabiliyyəti;
- Məsuliyyətli və nizam-intizamlı yanaşma.
CNC Operatoru
- CNC dəzgahları ilə işləmək üzrə bilik və ya ilkin təcrübə;
- Texniki çertyojları oxuma bacarığı;
- Ölçü alətlərindən istifadə bacarığı;
- CNC proqramlaşdırılması üzrə biliklər üstünlük hesab olunur.
Biz nə təklif edirik?
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
- Təcrübəli mütəxəssislərlə işləmək imkanı
- Davamlı təlim və öyrənmə mühiti
- Böyük sənaye, neft-qaz layihələrində iştirak
- Rəqabətli əməkhaqqı və motivasiya proqramları
- Azərbaycanda və xaricdə həyata keçirilən layihələrdə çalışmaq imkanı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız uğurlu namizədlər mühasibəyə dəvət olunacaqlar.