Əsas məzmuna keç
GoJob

Sahə Mühəndisi (Field Engineer) / Mexanik (Neft-Qaz Sektoru üzrə) / Texnik / CNCOperatoru

Gemza GroupBakıda sahə mühəndisi vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
30 oktyabr 2026
Son müraciət tarixi
29 noyabr 2026
Kateqoriya
Mühəndislik

Bakı şəhərində Mühəndislik üzrə vakansiyalar

Vakansiya haqqında

Gemza Group Bakıda sahə mühəndisi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

GemZA Group komandası olaraq inkişaf edən fəaliyyət istiqamətlərimiz üzrə yeni əməkdaşların komandamıza qoşulmasını məmnuniyyətlə gözləyirik.

Hazırda aşağıdakı vakansiyalar üzrə namizəd müraciətləri qəbul edilir:

  • Sahə Mühəndisi (Field Engineer)
  • Mexanik (Neft-Qaz Sektoru üzrə)
  • Texnik
  • CNCOperatoru

Kimlər müraciət edə bilər?

  • Ali və ya orta ixtisas təhsilini yeni başa vurmuş məzunlar;
  • Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsinə malik namizədlər;
  • Texniki biliklərini inkişaf etdirmək və karyera qurmaq istəyən gənc mütəxəssislər;
  • Dinamik mühitdə işləməyə və öyrənməyə həvəsli şəxslər.

Vakansiyalar üzrə əsas tələblər

Sahə Mühəndisi

  • Mexanika, maşınqayırma, neft-qaz, enerji və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Texniki sənədlərlə işləmək bacarığı;
  • Sahə işlərinə və ezamiyyətlərə hazır olmaq;
  • İngilis dili biliyi üstünlük hesab olunur;
  • MS Office proqramlarında işləmək bacarığı.

Mexanik (Neft-Qaz Sektoru üzrə)

  • Mexanika və ya əlaqəli texniki sahə üzrə təhsil;
  • Nasoslar, kompressorlar, klapanlar və digər fırlanan avadanlıqlar haqqında ilkin biliklər;
  • Avadanlıqların texniki baxışı və təmiri sahəsinə maraq;
  • Komandada işləmək bacarığı.

Texnik

  • Texniki sahə üzrə orta ixtisas və ya ali təhsil;
  • Mexaniki və ya elektrik avadanlıqları ilə işləməyə maraq;
  • Yeni bilik və bacarıqları tez mənimsəmə qabiliyyəti;
  • Məsuliyyətli və nizam-intizamlı yanaşma.

CNC Operatoru

  • CNC dəzgahları ilə işləmək üzrə bilik və ya ilkin təcrübə;
  • Texniki çertyojları oxuma bacarığı;
  • Ölçü alətlərindən istifadə bacarığı;
  • CNC proqramlaşdırılması üzrə biliklər üstünlük hesab olunur.

Biz nə təklif edirik?

  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
  • Təcrübəli mütəxəssislərlə işləmək imkanı
  • Davamlı təlim və öyrənmə mühiti
  • Böyük sənaye, neft-qaz layihələrində iştirak
  • Rəqabətli əməkhaqqı və motivasiya proqramları
  • Azərbaycanda və xaricdə həyata keçirilən layihələrdə çalışmaq imkanı

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız uğurlu namizədlər mühasibəyə dəvət olunacaqlar.

Gemza Group şirkətinin digər vakansiyaları

Gemza Group vakansiyaları