Xarici satınalmalar üzrə mütəxəssis
Caspion Construction & Procurement LLCProcurement specialist job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 28, 2026
- Apply before
- November 27, 2026
- Category
- Logistics & Transport
About this job
Caspion Construction & Procurement LLC is hiring a procurement specialist in Baku. Full-time. Apply directly to the employer.
Vəzifə öhdəlikləri
- Şirkətin iştirak etdiyi tenderlər üzrə texniki tapşırıqların, spesifikasiyaların və tələblərin təhlili, tələb olunan məhsul və avadanlıqların dəqiq müəyyən edilməsi;
- Həmin məhsul və avadanlıqlar üzrə xarici bazarın, istehsalçıların və potensial təchizatçıların araşdırılması;
- Xarici təchizatçılara qiymət sorğularının göndərilməsi, kommersiya şərtlərinin müzakirəsi və daha əlverişli təkliflərin əldə olunması;
- Təklif olunan məhsulların tender tələblərinə və texniki spesifikasiyalara uyğunluğunun yoxlanılması;
- Texniki və kommersiya təkliflərinin müqayisəli təhlili və rəhbərliyə əsaslandırılmış seçimlərin təqdim edilməsi;
- Məhsulun tam maya dəyərinin hesablanması: alış qiyməti, logistika, gömrük, vergi və digər xərclər daxil olmaqla;
- Tender qiymət təklifinin hazırlanması üçün müvafiq komandaya təchizatçı qiymətlərinin, çatdırılma müddətlərinin və uyğunluq məlumatlarının təqdim edilməsi;
- Tenderdə qalib gəlindikdən sonra xarici təchizatçılarla sifariş, müqavilə və spesifikasiyaların hazırlanması və prosesin izlənilməsi;
- Daşıma sxeminin seçilməsi, yükün həcmi və çəkisi üzrə hesablamaların aparılması, logistika tərəfdaşları ilə koordinasiya;
- Gömrük rəsmiləşdirilməsi və daşınma üçün tələb olunan sənədlərin (invoice, packing list, CMR, mənşə sertifikatı və s.) yoxlanılması;
- Sifarişlərin istehsal, ödəniş, yüklənmə, çatdırılma və təhvil mərhələlərinin izlənilməsi;
- Təchizatçılar və tərəfdaşlarla davamlı işgüzar əlaqələrin saxlanılması;
- Satınalmalar üzrə məlumatların sistemləşdirilməsi, hesabatların hazırlanması və son icra tarixlərinə nəzarət.
Namizədə tələblər
- Xarici satınalma, idxal, təchizat və ya oxşar sahədə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində minimum intermediate səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Incoterms qaydaları, beynəlxalq logistika və idxal prosesləri haqqında biliklər;
- Texniki spesifikasiyaları, kataloqları və avadanlıqların texniki xüsusiyyətlərini anlama və müqayisə etmə bacarığı;
- Excel, Word və digər ofis proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
- Böyük həcmli məlumatlarla işləmək, qiymət və kommersiya göstəricilərini analiz etmək bacarığı;
- Yüksək diqqətlilik, məsuliyyət, danışıqlar aparmaq və sıx deadline şəraitində işləmək bacarığı.
İş şəraiti
- Ofis Babək Plaza-da, Xətai metrosunun yaxınlığında yerləşir;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Şirkət tərəfindən iş noutbuku, telefon və korporativ nömrə təmin olunur;
- İş rejimi: 5/2;
- İstirahət və bayram günləri istisna olmaqla həftəlik 40 iş saatı;
- İşə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq, əmək müqaviləsi əsasında rəsmiləşdirilir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız vakansiyada qeyd olunan tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.