Перейти к содержимому
GoJob

Xarici satınalmalar üzrə mütəxəssis

Caspion Construction & Procurement LLCВакансия специалиста по закупкам в Баку

Зарплата: Зарплата не указана

Локация
Bakı
Формат работы
В офисе
Тип занятости
Полная занятость
Опубликовано
28 октября 2026 г.
Приём заявок до
27 ноября 2026 г.

Вакансии в категории «Логистика и транспорт» в городе Баку

О вакансии

Caspion Construction & Procurement LLC ищет специалиста по закупкам в Баку. Полная занятость. Отклик напрямую работодателю.

Vəzifə öhdəlikləri

  • Şirkətin iştirak etdiyi tenderlər üzrə texniki tapşırıqların, spesifikasiyaların və tələblərin təhlili, tələb olunan məhsul və avadanlıqların dəqiq müəyyən edilməsi;
  • Həmin məhsul və avadanlıqlar üzrə xarici bazarın, istehsalçıların və potensial təchizatçıların araşdırılması;
  • Xarici təchizatçılara qiymət sorğularının göndərilməsi, kommersiya şərtlərinin müzakirəsi və daha əlverişli təkliflərin əldə olunması;
  • Təklif olunan məhsulların tender tələblərinə və texniki spesifikasiyalara uyğunluğunun yoxlanılması;
  • Texniki və kommersiya təkliflərinin müqayisəli təhlili və rəhbərliyə əsaslandırılmış seçimlərin təqdim edilməsi;
  • Məhsulun tam maya dəyərinin hesablanması: alış qiyməti, logistika, gömrük, vergi və digər xərclər daxil olmaqla;
  • Tender qiymət təklifinin hazırlanması üçün müvafiq komandaya təchizatçı qiymətlərinin, çatdırılma müddətlərinin və uyğunluq məlumatlarının təqdim edilməsi;
  • Tenderdə qalib gəlindikdən sonra xarici təchizatçılarla sifariş, müqavilə və spesifikasiyaların hazırlanması və prosesin izlənilməsi;
  • Daşıma sxeminin seçilməsi, yükün həcmi və çəkisi üzrə hesablamaların aparılması, logistika tərəfdaşları ilə koordinasiya;
  • Gömrük rəsmiləşdirilməsi və daşınma üçün tələb olunan sənədlərin (invoice, packing list, CMR, mənşə sertifikatı və s.) yoxlanılması;
  • Sifarişlərin istehsal, ödəniş, yüklənmə, çatdırılma və təhvil mərhələlərinin izlənilməsi;
  • Təchizatçılar və tərəfdaşlarla davamlı işgüzar əlaqələrin saxlanılması;
  • Satınalmalar üzrə məlumatların sistemləşdirilməsi, hesabatların hazırlanması və son icra tarixlərinə nəzarət.

Namizədə tələblər

  • Xarici satınalma, idxal, təchizat və ya oxşar sahədə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində minimum intermediate səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Incoterms qaydaları, beynəlxalq logistika və idxal prosesləri haqqında biliklər;
  • Texniki spesifikasiyaları, kataloqları və avadanlıqların texniki xüsusiyyətlərini anlama və müqayisə etmə bacarığı;
  • Excel, Word və digər ofis proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Böyük həcmli məlumatlarla işləmək, qiymət və kommersiya göstəricilərini analiz etmək bacarığı;
  • Yüksək diqqətlilik, məsuliyyət, danışıqlar aparmaq və sıx deadline şəraitində işləmək bacarığı.

İş şəraiti

  • Ofis Babək Plaza-da, Xətai metrosunun yaxınlığında yerləşir;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Şirkət tərəfindən iş noutbuku, telefon və korporativ nömrə təmin olunur;
  • İş rejimi: 5/2;
  • İstirahət və bayram günləri istisna olmaqla həftəlik 40 iş saatı;
  • İşə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq, əmək müqaviləsi əsasında rəsmiləşdirilir.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yalnız vakansiyada qeyd olunan tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.

Похожие вакансии