Skip to content
GoJob

Xarici Satınalma üzrə Kiçik Mütəxəssis

Bio Estetik MMCProcurement specialist job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
October 29, 2026
Apply before
November 28, 2026

Logistics & Transport jobs in Baku

About this job

Bio Estetik MMC is hiring a procurement specialist in Baku. Full-time. Apply directly to the employer.

Vəzifə öhdəlikləri

  • Yerli və xarici təchizatçıların araşdırılması, yeni təchizatçı bazasının formalaşdırılması;
  • Məhsul və avadanlıqlar üzrə qiymət təkliflərinin toplanması və müqayisəli təhlilinin aparılması;
  • Təchizatçılarla danışıqların və yazışmaların aparılması;
  • Məhsullar üzrə kataloq, qiymət və texniki göstəricilər haqqında məlumatların əldə olunması;
  • Satınalma sifarişlərinin hazırlanması və tədarük prosesinin izlənilməsi;
  • Sənədləşmə, logistika və gömrük/idxal proseslərinə dəstək göstərilməsi;
  • Təchizatçılarla mövcud əlaqələrin idarə olunması və koordinasiyası.

Namizədə tələblər

  • Satınalma, təchizat və ya logistika sahəsində 1 ildən artıq iş təcrübəsi;
  • İngilis dili – mütləq;
  • Rus dili – mütləq;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Yüksək ünsiyyət, danışıqlar aparmaq və araşdırma bacarığı;
  • Məsuliyyətli, diqqətli və analitik təfəkkürlü olmaq;
  • Öyrənməyə və peşəkar inkişaf etməyə həvəsli olmaq.

Biz nə təklif edirik?

  • Satınalma proseslərinin və şirkətin daxili satınalma prosedurlarının öyrənilməsi;
  • Satınalma və təchizat zəncirinin idarə olunması sahəsində praktiki təcrübə;
  • Peşəkar və inkişafyönümlü iş mühiti;
  • Namizədin bilik və bacarıqlarına uyğun rəqabətqabiliyyətli əməkhaqqı.

İş şəraiti

  • İş yeri: Bakı, ofisdaxili
  • İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00 – 18:00
  • Şənbə: 10:00 – 18:00
  • Əməkhaqqı: Razılaşma yolu ilə

Müvafiq tələblərə cavab verən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində “Xarici Satınalma üzrə mütəxəssis” qeyd edərək göndərmələri xahiş olunur.

Similar jobs