Xarici Satınalma üzrə Kiçik Mütəxəssis
Bio Estetik MMCВакансия специалиста по закупкам в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 29 октября 2026 г.
- Приём заявок до
- 28 ноября 2026 г.
- Категория
- Логистика и транспорт
О вакансии
Bio Estetik MMC ищет специалиста по закупкам в Баку. Полная занятость. Отклик напрямую работодателю.
Vəzifə öhdəlikləri
- Yerli və xarici təchizatçıların araşdırılması, yeni təchizatçı bazasının formalaşdırılması;
- Məhsul və avadanlıqlar üzrə qiymət təkliflərinin toplanması və müqayisəli təhlilinin aparılması;
- Təchizatçılarla danışıqların və yazışmaların aparılması;
- Məhsullar üzrə kataloq, qiymət və texniki göstəricilər haqqında məlumatların əldə olunması;
- Satınalma sifarişlərinin hazırlanması və tədarük prosesinin izlənilməsi;
- Sənədləşmə, logistika və gömrük/idxal proseslərinə dəstək göstərilməsi;
- Təchizatçılarla mövcud əlaqələrin idarə olunması və koordinasiyası.
Namizədə tələblər
- Satınalma, təchizat və ya logistika sahəsində 1 ildən artıq iş təcrübəsi;
- İngilis dili – mütləq;
- Rus dili – mütləq;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Yüksək ünsiyyət, danışıqlar aparmaq və araşdırma bacarığı;
- Məsuliyyətli, diqqətli və analitik təfəkkürlü olmaq;
- Öyrənməyə və peşəkar inkişaf etməyə həvəsli olmaq.
Biz nə təklif edirik?
- Satınalma proseslərinin və şirkətin daxili satınalma prosedurlarının öyrənilməsi;
- Satınalma və təchizat zəncirinin idarə olunması sahəsində praktiki təcrübə;
- Peşəkar və inkişafyönümlü iş mühiti;
- Namizədin bilik və bacarıqlarına uyğun rəqabətqabiliyyətli əməkhaqqı.
İş şəraiti
- İş yeri: Bakı, ofisdaxili
- İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00 – 18:00
- Şənbə: 10:00 – 18:00
- Əməkhaqqı: Razılaşma yolu ilə
Müvafiq tələblərə cavab verən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində “Xarici Satınalma üzrə mütəxəssis” qeyd edərək göndərmələri xahiş olunur.