Xarici satınalma üzrə mütəxəssis
AZREFProcurement specialist job in Baku
Salary: from 1,000 ₼ / month
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 19, 2026
- Views
- 643
- Applications
- 51
- Apply before
- December 19, 2026
About this job
AZREF is hiring a procurement specialist in Baku. Full-time, salary 1,000 AZN. Apply directly to the employer.
Vəzifə öhdəlikləri:
- Satınalma sifarişlərinin idarə edilməsi: sifarişlərin təhlili, yerləşdirilməsi, icrasına nəzarət, hesabatların hazırlanması və sifarişlərin bağlanması;
- Müqavilələrin hazırlanmasının təşkili, müqavilə və ödəniş şərtlərinin müəyyən edilməsi və icrasına nəzarət;
- Xarici sifarişçilərdən daxil olan mal və xidmət sorğularının mövcud təchizatçılar vasitəsilə təmin edilməsi;
- Xarici satınalmalar üzrə sənədləşmə işlərinin aparılması;
- Logistikanın təşkili üçün müvafiq şirkətlərlə əlaqələrin qurulması və qiymət araşdırmalarının aparılması;
- Xarici bazarlarda məhsul və material istehsalçılarının araşdırılması və yeni təchizatçıların tapılması;
- Satınalma fəaliyyəti və xərcləri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- İstehsalçılardan qiymət təkliflərinin alınması və məhsulların maya dəyərinin hesablanması;
- Çatdırılma, logistika və nəqliyyat proseslərinə nəzarət;
- Rəhbərlik tərəfindən satınalma və təchizatla bağlı verilən tapşırıqların icrası;
- Şirkətin daxili prosedur və təlimatlarına riayət edilməsi.
Namizədə tələblər:
- Cins: Xanım;
- Yaş həddi: 23–35;
- Ali təhsil;
- Satınalma sahəsində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan dilini səlis, rus və ingilis dillərini əla səviyyədə bilmək;
- 1C və MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
- Punktual, məsuliyyətli və ünsiyyətcil olmaq;
- Operativ qərarvermə və inandırma qabiliyyəti;
- Komandada işləmək, problemləri həll etmək, araşdırma aparmaq və sürətli öyrənmək bacarığı;
- Xarici bazarı və onun xüsusiyyətlərini yaxşı tanımaq;
- Analitik düşünmə, ünsiyyət və danışıqlar aparmaq bacarığı.
İş şəraiti:
- Əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir;
- İş qrafiki: 5 günlük, I–V günlər, saat 09:00–18:00;
- Əmək haqqı: 1000 AZN
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.