Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Xarici satınalma üzrə mütəxəssis

AZREFBakıda satınalma üzrə mütəxəssis vakansiyası

Maaş: 1.000 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
19 noyabr 2026
Baxış
642
Müraciət
51
Son müraciət tarixi
19 dekabr 2026

Bakı şəhərində Logistika, Anbar və Təchizat üzrə iş elanları

Vakansiya haqqında

AZREF Bakıda satınalma üzrə mütəxəssis axtarır. Tam ştat, maaş 1 000 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə öhdəlikləri:

  • Satınalma sifarişlərinin idarə edilməsi: sifarişlərin təhlili, yerləşdirilməsi, icrasına nəzarət, hesabatların hazırlanması və sifarişlərin bağlanması;
  • Müqavilələrin hazırlanmasının təşkili, müqavilə və ödəniş şərtlərinin müəyyən edilməsi və icrasına nəzarət;
  • Xarici sifarişçilərdən daxil olan mal və xidmət sorğularının mövcud təchizatçılar vasitəsilə təmin edilməsi;
  • Xarici satınalmalar üzrə sənədləşmə işlərinin aparılması;
  • Logistikanın təşkili üçün müvafiq şirkətlərlə əlaqələrin qurulması və qiymət araşdırmalarının aparılması;
  • Xarici bazarlarda məhsul və material istehsalçılarının araşdırılması və yeni təchizatçıların tapılması;
  • Satınalma fəaliyyəti və xərcləri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • İstehsalçılardan qiymət təkliflərinin alınması və məhsulların maya dəyərinin hesablanması;
  • Çatdırılma, logistika və nəqliyyat proseslərinə nəzarət;
  • Rəhbərlik tərəfindən satınalma və təchizatla bağlı verilən tapşırıqların icrası;
  • Şirkətin daxili prosedur və təlimatlarına riayət edilməsi.

Namizədə tələblər:

  • Cins: Xanım;
  • Yaş həddi: 23–35;
  • Ali təhsil;
  • Satınalma sahəsində minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan dilini səlis, rus və ingilis dillərini əla səviyyədə bilmək;
  • 1C və MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
  • Punktual, məsuliyyətli və ünsiyyətcil olmaq;
  • Operativ qərarvermə və inandırma qabiliyyəti;
  • Komandada işləmək, problemləri həll etmək, araşdırma aparmaq və sürətli öyrənmək bacarığı;
  • Xarici bazarı və onun xüsusiyyətlərini yaxşı tanımaq;
  • Analitik düşünmə, ünsiyyət və danışıqlar aparmaq bacarığı.

İş şəraiti:

  • Əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir;
  • İş qrafiki: 5 günlük, I–V günlər, saat 09:00–18:00;
  • Əmək haqqı: 1000 AZN

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar