Skip to content
GoJob
Back to jobs

Xarici Satınalma üzrə Mütəxəssis

ERTagroProcurement specialist job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
November 20, 2026
Views
627
Applications
28
Apply before
December 20, 2026

Logistics, Warehouse & Procurement jobs in Baku

About this job

ERTagro is hiring a procurement specialist in Baku. Full-time. Apply directly to the employer.

Ertagro MMC meyvə-tərəvəz sektorunda beynəlxalq satınalma və təchizat proseslərinin idarə olunması istiqamətində komandamıza qoşulmaq üçün məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü namizədlər axtarır.

Bu vakansiya beynəlxalq ticarət və xarici satınalma sahəsində peşəkar inkişaf etmək, praktiki təcrübə qazanmaq və uzunmüddətli karyera qurmaq istəyən şəxslər üçün əlverişli fürsətdir

İş yeri: Bakı

Əmək haqqı: Razılaşma əsasında

Əsas vəzifə öhdəlikləri

  • Xarici təchizatçılarla işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi
  • Beynəlxalq təchizatçılarla yazışmaların və danışıqların aparılması
  • Qiymət təkliflərinin toplanması, təhlili və müqayisəsi
  • Satınalma sifarişlərinin hazırlanması və icrasına nəzarət
  • Logistika, idxal və çatdırılma proseslərinin koordinasiyası
  • Beynəlxalq bazarların araşdırılması və yeni təchizatçıların müəyyən edilməsi
  • Satınalma prosesləri üzrə müvafiq hesabatların hazırlanması

​​​​​​​Namizədə tələblər

  • İngilis dilini yüksək səviyyədə bilmək – mütləqdir
  • Rus dilini yüksək səviyyədə bilmək – mütləqdir
  • Yeni universitet məzunlarına üstünlük verilir
  • Müvafiq sahədə əvvəlki iş təcrübəsi tələb olunmur
  • Yüksək məsuliyyət hissi, diqqətlilik və nəticəyönümlü yanaşma
  • Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı
  • Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti
  • Təşəbbüskarlıq, çeviklik və komandada işləmək bacarığı
  • Öyrənməyə, inkişaf etməyə və yeni biliklər əldə etməyə həvəsli olmaq
  • İşgüzar ezamiyyətlərə hazır olmaq

Şirkətin təklif etdiyi imkanlar

  • Rəqabətqabiliyyətli əmək haqqı – namizədin bilik və bacarıqlarına uyğun olaraq razılaşma əsasında
  • Xarici satınalma və beynəlxalq ticarət sahəsində uzunmüddətli karyera qurmaq və peşəkar yüksəliş imkanları
  • Xarici ölkələrə işgüzar ezamiyyətlər və beynəlxalq biznes mühitində təcrübə qazanmaq imkanı
  • Nahar xərclərinin şirkət tərəfindən tam qarşılanması
  • Korporativ mobil nömrə ilə təminat
  • Peşəkar və dinamik iş mühiti
  • Praktiki biliklərin artırılması və peşəkar inkişaf üçün əlverişli şərait

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Ertagro MMC – beynəlxalq ticarət sahəsində peşəkar karyeranıza bizimlə başlayın!

Similar jobs