Xarici Satınalma üzrə Mütəxəssis
ERTagroBakıda satınalma üzrə mütəxəssis vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 20 noyabr 2026
- Baxış
- 627
- Müraciət
- 28
- Son müraciət tarixi
- 20 dekabr 2026
- Kateqoriya
- Logistika, Anbar və Təchizat
Bakı şəhərində Logistika, Anbar və Təchizat üzrə iş elanları
Vakansiya haqqında
ERTagro Bakıda satınalma üzrə mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Ertagro MMC meyvə-tərəvəz sektorunda beynəlxalq satınalma və təchizat proseslərinin idarə olunması istiqamətində komandamıza qoşulmaq üçün məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü namizədlər axtarır.
Bu vakansiya beynəlxalq ticarət və xarici satınalma sahəsində peşəkar inkişaf etmək, praktiki təcrübə qazanmaq və uzunmüddətli karyera qurmaq istəyən şəxslər üçün əlverişli fürsətdir
İş yeri: Bakı
Əmək haqqı: Razılaşma əsasında
Əsas vəzifə öhdəlikləri
- Xarici təchizatçılarla işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi
- Beynəlxalq təchizatçılarla yazışmaların və danışıqların aparılması
- Qiymət təkliflərinin toplanması, təhlili və müqayisəsi
- Satınalma sifarişlərinin hazırlanması və icrasına nəzarət
- Logistika, idxal və çatdırılma proseslərinin koordinasiyası
- Beynəlxalq bazarların araşdırılması və yeni təchizatçıların müəyyən edilməsi
- Satınalma prosesləri üzrə müvafiq hesabatların hazırlanması
Namizədə tələblər
- İngilis dilini yüksək səviyyədə bilmək – mütləqdir
- Rus dilini yüksək səviyyədə bilmək – mütləqdir
- Yeni universitet məzunlarına üstünlük verilir
- Müvafiq sahədə əvvəlki iş təcrübəsi tələb olunmur
- Yüksək məsuliyyət hissi, diqqətlilik və nəticəyönümlü yanaşma
- Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı
- Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti
- Təşəbbüskarlıq, çeviklik və komandada işləmək bacarığı
- Öyrənməyə, inkişaf etməyə və yeni biliklər əldə etməyə həvəsli olmaq
- İşgüzar ezamiyyətlərə hazır olmaq
Şirkətin təklif etdiyi imkanlar
- Rəqabətqabiliyyətli əmək haqqı – namizədin bilik və bacarıqlarına uyğun olaraq razılaşma əsasında
- Xarici satınalma və beynəlxalq ticarət sahəsində uzunmüddətli karyera qurmaq və peşəkar yüksəliş imkanları
- Xarici ölkələrə işgüzar ezamiyyətlər və beynəlxalq biznes mühitində təcrübə qazanmaq imkanı
- Nahar xərclərinin şirkət tərəfindən tam qarşılanması
- Korporativ mobil nömrə ilə təminat
- Peşəkar və dinamik iş mühiti
- Praktiki biliklərin artırılması və peşəkar inkişaf üçün əlverişli şərait
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Ertagro MMC – beynəlxalq ticarət sahəsində peşəkar karyeranıza bizimlə başlayın!