Skip to content
GoJob

Satınalmalar şöbəsinin müdir müavini

Dövlət qurumu, Publik Hüquqi ŞəxsSatınalmalar şöbəsinin müdir müavini job in Baku

Salary: from 2,310 ₼ / month

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
October 1, 2026
Apply before
October 31, 2026

Logistics & Transport jobs in Baku

About this job

Dövlət qurumu, Publik Hüquqi Şəxs is hiring for the role “Satınalmalar şöbəsinin müdir müavini” in Baku. Full-time, salary 2,310 AZN. Apply directly to the employer.

Vəzifə öhdəlikləri:

  • ”Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri çərçivəsində açıq tender üsulunu tətbiq etməklə elektron satınalma, təkliflər sorğusu və kotirovka sorğusu prosedurlarının keçirilməsinin təşkil edilməsi ilə bağlı işləri nəzarətdə saxlamalı;
  • Tender sorğularının hazırlanmasına və qiymətləndirilməsinə nəzarət etməli, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prosesinin yekunlaşdırılmasını təmin etməli;
  • Bazarın təhlilini, tələb olunan materialların daxili və xarici bazarda araşdırılmasını, təchizatçı bazasının hazırlanmasını və təhlilini təmin etməli;
  • Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsinə nəzarət etməli;
  • Təchizat sifarişlərinin düzgün idarə edilməsinin (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması) nəzarətdə saxlanılmasını həyata keçirməli;
  • Satınalma müqavilələrinin şərtlərinə əsasən müqavilə öhdəliklərinin icrasına nəzarət etməli;
  • Təchizatçıların seçimi, analizi və qiymətləndirilməsinin təmin etməli;
  • Sənədləşmələrin düzgün şəkildə təşkil edilməsinə nəzarət etməli;
  • Rəhbərliyin digər tapşırıq və göstərişlərini yerinə yetirməli.

Vəzifəyə dair tələblər:

  • Ali təhsil (hüquq, iqtisadi, texniki) 
  • Azərbaycan, rus və ingilis dillərini bilməli;
  • Müvafiq sahədə (Satınalmalar üzrə) 3-5 il iş təcrübəsi;
  • Dövlət satınalmaları haqqında” qanun barədə yüksək səviyyədə məlumatlılıq;
  • Microsoft Office proqramlarından istifadə bacarığı (xüsusilə, Excel,Word);
  • Yüksək səviyyədə analitik düşünmə bacarığı və məsuliyyətli olması;
  • Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür (CİPS, CIPP, Dövlət

Satınalmaların Təşkili və İdarə olunması barədə).

Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:

  • Komanda ilə işləmək bacarığı;
  • Analitik təhlil;
  • Dəqiqlik;
  • Məsuliyyətlilik.

İş qrafiki:

  • 5 günlük iş rejimi (5 gün 09.00-18.00, şənbə günü 10:00-14:00)
  • İstirahət günləri - şənbə və bazar

 Əmək haqqı 2310 AZN (GROSS) müəyyən ediləcək. 

Uyğun namizədlər CV-lərini “Satınalmalar şöbəsinin müdir müavini” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Similar jobs