Əsas məzmuna keç
GoJob

Satınalmalar şöbəsinin müdir müavini

Dövlət qurumu, Publik Hüquqi ŞəxsBakıda satınalmalar şöbəsinin müdir müavini vakansiyası

Maaş: 2.310 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
1 oktyabr 2026
Son müraciət tarixi
31 oktyabr 2026

Bakı şəhərində Logistika və Nəqliyyat üzrə vakansiyalar

Vakansiya haqqında

Dövlət qurumu, Publik Hüquqi Şəxs Bakıda «Satınalmalar şöbəsinin müdir müavini» vəzifəsinə işçi axtarır. Tam ştat, maaş 2 310 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə öhdəlikləri:

  • ”Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri çərçivəsində açıq tender üsulunu tətbiq etməklə elektron satınalma, təkliflər sorğusu və kotirovka sorğusu prosedurlarının keçirilməsinin təşkil edilməsi ilə bağlı işləri nəzarətdə saxlamalı;
  • Tender sorğularının hazırlanmasına və qiymətləndirilməsinə nəzarət etməli, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prosesinin yekunlaşdırılmasını təmin etməli;
  • Bazarın təhlilini, tələb olunan materialların daxili və xarici bazarda araşdırılmasını, təchizatçı bazasının hazırlanmasını və təhlilini təmin etməli;
  • Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsinə nəzarət etməli;
  • Təchizat sifarişlərinin düzgün idarə edilməsinin (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması) nəzarətdə saxlanılmasını həyata keçirməli;
  • Satınalma müqavilələrinin şərtlərinə əsasən müqavilə öhdəliklərinin icrasına nəzarət etməli;
  • Təchizatçıların seçimi, analizi və qiymətləndirilməsinin təmin etməli;
  • Sənədləşmələrin düzgün şəkildə təşkil edilməsinə nəzarət etməli;
  • Rəhbərliyin digər tapşırıq və göstərişlərini yerinə yetirməli.

Vəzifəyə dair tələblər:

  • Ali təhsil (hüquq, iqtisadi, texniki) 
  • Azərbaycan, rus və ingilis dillərini bilməli;
  • Müvafiq sahədə (Satınalmalar üzrə) 3-5 il iş təcrübəsi;
  • Dövlət satınalmaları haqqında” qanun barədə yüksək səviyyədə məlumatlılıq;
  • Microsoft Office proqramlarından istifadə bacarığı (xüsusilə, Excel,Word);
  • Yüksək səviyyədə analitik düşünmə bacarığı və məsuliyyətli olması;
  • Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür (CİPS, CIPP, Dövlət

Satınalmaların Təşkili və İdarə olunması barədə).

Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:

  • Komanda ilə işləmək bacarığı;
  • Analitik təhlil;
  • Dəqiqlik;
  • Məsuliyyətlilik.

İş qrafiki:

  • 5 günlük iş rejimi (5 gün 09.00-18.00, şənbə günü 10:00-14:00)
  • İstirahət günləri - şənbə və bazar

 Əmək haqqı 2310 AZN (GROSS) müəyyən ediləcək. 

Uyğun namizədlər CV-lərini “Satınalmalar şöbəsinin müdir müavini” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar