Skip to content
GoJob
Back to jobs

Satış ekspeditoru (şəbəkə marketlər və HoReCa)

MoyaTrade MMCSatış ekspeditoru job in Baku

Salary: from 800 ₼ / month

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
November 19, 2026
Views
706
Applications
51
Apply before
December 19, 2026

Sales & Retail jobs in Baku

About this job

MoyaTrade MMC is hiring for the role “Satış ekspeditoru” in Baku. Full-time, salary 800 AZN. Apply directly to the employer.

“MOYA TRADE” MMC Bakıda marketləri, restoranları və kafeləri meyvə-tərəvəzlə təchiz edir. Sifarişlər qəbul edilir, anbarda hazırlanır və ertəsi gün müştərinin ünvanına çatdırılır.

Tələblər:

  • Təhsil: Orta ixtisas və ya ali
  • B2B satışda, distribusiyada və ya ekspeditor kimi ən azı 1 il təcrübə. Meyvə-tərəvəz, ərzaq və ya HoReCa sahəsində təcrübə üstünlükdür.
  • Şəbəkə marketlərin satınalma menecerləri, restoran və kafe sahibləri ilə danışıq aparmaq bacarığı.
  • Şəxsi avtomobil və B kateqoriyalı sürücülük vəsiqəsi.
  • Smartfondan sərbəst istifadə: WhatsApp, Google Maps, onlayn sifariş sistemi.
  • Azərbaycan dilini mükəmməl, rus dilini danışıq səviyyəsində bilmək.
  • Məsuliyyət, nəticəyə yönəlmə və müştəri ilə uzunmüddətli əlaqə qurmaq bacarığı.

Vəzifə öhdəlikləri:

  • Bakıda şəbəkə marketləri, restoranları, kafeləri və otelləri müəyyən etmək və ziyarət etmək.
  • Meyvə-tərəvəz çeşidini və qiymətlərini təqdim etmək, kommersiya danışıqları aparmaq.
  • Müştərilərlə alqı-satqı müqavilələrinin bağlanmasını təşkil etmək.
  • Gündəlik sifarişləri qəbul etmək və onlayn sistemə yerləşdirmək.
  • Müştəri bazasını yaratmaq və yeniləmək.
  • Ödənişlərin vaxtında daxil olmasına nəzarət etmək.
  • Mövcud müştərilərlə əməkdaşlığı davam etdirmək və satış həcmini artırmaq.

İş şəraiti:

  • Rəsmi əmək müqaviləsi, sosial sığorta və illik məzuniyyət.
  • Maaş: 800 AZN (net).
  • Bonus: satış nəticələrinə görə, KPI əsasında. Yuxarı həddi yoxdur.
  • Şəxsi avtomobilin yanacaq və amortizasiya xərcləri qarşılanır.
  • Mobil rabitə xərcləri qarşılanır.
  • İş qrafiki: həftədə 40 saat. Bazar ertəsi–cümə 09:00–17:00, şənbə 09:00–14:00.

Müraciət etməzdən əvvəl elanı diqqətlə oxuyun. CV göndərərkən məktubda və ya mesajda bu vəzifədə nə iş görəcəyinizi 2–3 cümlə ilə öz sözlərinizlə yazın. Qısa izahı olmayan müraciətlər elanı oxumadan göndərilmiş hesab ediləcək və nəzərə alınmayacaq.

CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin Mövzuda Satış ekspeditoru – HoReCa qeyd edin.

Similar jobs