Reklam üzrə Satış Meneceri
Park CinemaSales manager job in Baku
Salary: from 800 ₼ / month
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 13, 2026
- Apply before
- December 13, 2026
- Category
- Sales & Retail
About this job
Park Cinema is hiring a sales manager in Baku. Full-time, salary 800 AZN. Apply directly to the employer.
Vəzifə öhdəlikləri
- Kinoteatrda reklam yerləşdirmək istəyən yeni müştərilərin və şirkətlərin cəlb edilməsi;
- Potensial reklamverənlərin müəyyən edilməsi və müştəri bazasının genişləndirilməsi;
- Şirkətlərə Park Cinema-nın reklam imkanlarının və reklam platformalarının təqdim edilməsi;
- Kinoteatrın ekranlarında, foyesində və digər reklam sahələrində reklam yerləşdirilməsi üzrə satışların həyata keçirilməsi;
- Müştərilərin ehtiyaclarına uyğun reklam paketləri və kommersiya təkliflərinin hazırlanması;
- Potensial müştərilərlə görüşlərin və danışıqların aparılması;
- Reklam müqavilələrinin bağlanması və satış prosesinin sonadək idarə olunması;
- Mövcud reklam müştəriləri ilə əlaqələrin qorunması və əməkdaşlığın davamlılığının təmin edilməsi;
- Yeni reklam və əməkdaşlıq imkanlarının araşdırılması;
- Rəqiblərin reklam bazarının və qiymət siyasətinin təhlili;
- Aylıq satış hədəflərinin yerinə yetirilməsi və satış hesabatlarının hazırlanması.
Namizədə tələblər
- Satış və ya reklam sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır;
- B2B satış və korporativ müştərilərlə işləmək bacarığı;
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarıqları;
- Yeni müştərilərin axtarışı və cəlb edilməsi üzrə aktiv yanaşma;
- Kommersiya təklifləri hazırlamaq bacarığı;
- Nəticəyönümlü və təşəbbüskar olmaq;
- MS Office proqramları üzrə biliklər;
- Komandada işləmək və vaxtı düzgün idarə etmək bacarığı.
Təklif edirik
- 800 AZN sabit əmək haqqı + satış nəticələrinə əsasən bonus;
- Həftənin 6 günü iş qrafiki;
- Dinamik və kreativ iş mühiti;
- Böyük şirkət və brendlərlə əməkdaşlıq imkanı;
- Peşəkar inkişaf və karyera perspektivi.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.