Əsas məzmuna keç
GoJob

Reklam üzrə Satış Meneceri

Park CinemaBakıda satış meneceri vakansiyası

Maaş: 800 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
13 noyabr 2026
Son müraciət tarixi
13 dekabr 2026

Bakı şəhərində Satış və Ticarət üzrə vakansiyalar

Vakansiya haqqında

Park Cinema Bakıda satış meneceri axtarır. Tam ştat, maaş 800 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə öhdəlikləri

  • Kinoteatrda reklam yerləşdirmək istəyən yeni müştərilərin və şirkətlərin cəlb edilməsi;
  • Potensial reklamverənlərin müəyyən edilməsi və müştəri bazasının genişləndirilməsi;
  • Şirkətlərə Park Cinema-nın reklam imkanlarının və reklam platformalarının təqdim edilməsi;
  • Kinoteatrın ekranlarında, foyesində və digər reklam sahələrində reklam yerləşdirilməsi üzrə satışların həyata keçirilməsi;
  • Müştərilərin ehtiyaclarına uyğun reklam paketləri və kommersiya təkliflərinin hazırlanması;
  • Potensial müştərilərlə görüşlərin və danışıqların aparılması;
  • Reklam müqavilələrinin bağlanması və satış prosesinin sonadək idarə olunması;
  • Mövcud reklam müştəriləri ilə əlaqələrin qorunması və əməkdaşlığın davamlılığının təmin edilməsi;
  • Yeni reklam və əməkdaşlıq imkanlarının araşdırılması;
  • Rəqiblərin reklam bazarının və qiymət siyasətinin təhlili;
  • Aylıq satış hədəflərinin yerinə yetirilməsi və satış hesabatlarının hazırlanması.

Namizədə tələblər

  • Satış və ya reklam sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır;
  • B2B satış və korporativ müştərilərlə işləmək bacarığı;
  • Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarıqları;
  • Yeni müştərilərin axtarışı və cəlb edilməsi üzrə aktiv yanaşma;
  • Kommersiya təklifləri hazırlamaq bacarığı;
  • Nəticəyönümlü və təşəbbüskar olmaq;
  • MS Office proqramları üzrə biliklər;
  • Komandada işləmək və vaxtı düzgün idarə etmək bacarığı.

Təklif edirik

  • 800 AZN sabit əmək haqqı + satış nəticələrinə əsasən bonus;
  • Həftənin 6 günü iş qrafiki;
  • Dinamik və kreativ iş mühiti;
  • Böyük şirkət və brendlərlə əməkdaşlıq imkanı;
  • Peşəkar inkişaf və karyera perspektivi.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Park Cinema şirkətinin digər vakansiyaları

Park Cinema vakansiyaları