Skip to content
GoJob
Back to jobs

Layihələr üzrə satış təmsilçisi

Kartaş LTD (Mr.Fix)Sales representative job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
November 16, 2026
Views
628
Applications
24
Apply before
December 16, 2026

Sales & Retail jobs in Baku

About this job

Kartaş LTD (Mr.Fix) is hiring a sales representative in Baku. Full-time. Apply directly to the employer.

Öhdəliklər:

  • Korporativ satış üzrə bazar araşdırmalarının aparılması, yeni əməkdaşlıqların qurulması və mövcud müştərilərə satışın həyata keçirilməsi;
  • Müştəri tələblərinə uyğun təklif paketlərinin hazırlanması və satışın həyata keçirilməsi;
  • Potensial müştərilərlə görüşlərin keçirilməsi, danışıqların aparılması və onların müqavilə əsasında əməkdaşlığa cəlb edilməsi;
  • Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun təkliflərin vaxtında təqdim olunması;
  • Rayonlarda layihəsi olan müştərilərin layihələrinin yerində ziyarət edilməsi;
  • Müştərilərin şirkətin məhsul və xidmətləri ilə tanış edilməsi;
  • Daxil olan sorğuların vaxtında və dəqiq cavablandırılması;
  • Sifarişlərin çatdırılma prosesinə nəzarət edilməsi;
  • Ödənişlərin izlənilməsi, gecikən ödənişlərlə bağlı müştərilərin məlumatlandırılması və debitor borcların yığılması;
  • Müştəri məmnuniyyəti ilə bağlı araşdırmaların aparılması və məmnuniyyətin qorunması üçün tədbirlərin görülməsi;
  • Satış səmərəliliyinin təhlil edilməsi və onun artırılması üçün təkliflərin hazırlanması;
  • Korporativ satışla bağlı sənədləşmə işlərinin aparılması və arxivləşdirilməsi;
  • Korporativ sənəd dövriyyəsi və CRM sistemlərindən istifadə edilməsi;
  • Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanaraq rəhbərliyə təqdim olunması.

Tələblər:

  • Ali təhsil (inşaat və ya kimya mühəndisliyi ixtisaslı namizədlərə üstünlük veriləcək);
  • Korporativ satış sahəsində minimum 2 il iş təcrübəsi (inşaat və tikinti materialları satışı üzrə təcrübə üstünlükdür);
  • B kateqoriyalı sürücülük vəsiqəsinin olması;
  • B2B satış texnikaları üzrə nəzəri və praktiki biliklər;
  • Uğurlu şəxsi satış təcrübəsi;
  • Yüksək danışıq və təqdimat bacarıqları;
  • Fərdi və komanda şəklində işləmək bacarığı;
  • Azərbaycan dilini yüksək səviyyədə bilmək (türk, rus və ingilis dillərini bilmək arzuolunandır);
  • MS Office (Word, Excel) proqramlarını bilmək (CRM sistemləri ilə iş təcrübəsi üstünlükdür).

İş şəraiti:

  • İş qrafiki: bazar ertəsi – şənbə;
  • İş yeri: Bakı şəhəri;
  • Əmək haqqı + satış bonusu;
  • Azərbaycan RespublikasıR Əmək Məcəlləsinə uyğun rəsmi qeydiyyat;
  • Məhsul və xidmətlər üzrə təlimlər;
  • Özəl tibbi sığorta.

Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini e-poçtun mövzu hissəsində “Layihələr üzrə satış təmsilçisi” sözlərini qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.

More jobs at Kartaş LTD (Mr.Fix)

Jobs at Kartaş LTD (Mr.Fix)