Zəncirli ekskavator operatoru
Kartaş LTD (Mr.Fix)Zəncirli ekskavator operatoru job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 23, 2026
- Apply before
- November 22, 2026
- Category
- Engineering
About this job
Kartaş LTD (Mr.Fix) is hiring for the role “Zəncirli ekskavator operatoru” in Baku. Full-time. Apply directly to the employer.
Əsas vəzifə öhdəlikləri:
- Zəncirli ekskavatorun təhlükəsiz, səmərəli və düzgün idarə olunmasını təmin etmək;
- Kvars qumu yatağında (karxanada) qazıntı, materialın çeşidlənməsi, özüboşaldan yük maşınlarına yüklənməsi və sahə işlərini təlimatlara uyğun yerinə yetirmək;
- İşə başlamazdan əvvəl texnikanın (mühərrik yağı, hidravlik maye, zəncir gərilməsi və mexaniki hissələr) texniki vəziyyətini diqqətlə yoxlamaq;
- Texnikanın gündəlik və dövri yağlama (şprisləmə/mətələmə) işlərini müstəqil və vaxtında həyata keçirmək;
- İş zamanı yaranan istənilən texniki nasazlığa və sahədəki gözlənilməz hallara çevik, adekvat cavab vermək;
- Aşkar edilmiş ciddi nasazlıqlar və ya risklər barədə dərhal birbaşa rəhbərə məlumat vermək;
- Texnikanın təmizliyini, düzgün istismarını və yanacaq sərfiyyatına nəzarəti təmin etmək;
- Texnikanın istismarı zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına dəqiq riayət etmək.
Namizədə dair tələblər:
- Zəncirli ekskavatorun idarə edilməsi üzrə minimum 5 il iş təcrübəsi;
- Kvars qumu yataqlarında və ya karxanada iş təcrübəsinin olması arzuolunandır;
- Ekskavatoru idarə etmək üçün müvafiq sürücülük vəsiqəsi və Sürücü-Operator sertifikatının olması mütləqdir;
- Zəncirli ekskavatorların mexaniki və hidravlik quruluşu, texniki baxış qaydaları haqqında dərin biliklər;
- Gündəlik yağlama və texniki qulluq işlərini sərbəst icra etmək bacarığı;
- Sahədə yaranan problemlərə operativ və adekvat reaksiya vermək bacarığı;
- Məsuliyyətli, diqqətli, dözümlü və intizamlı olmaq;
- Komandada işləmək bacarığı.
İş şəraiti:
- İş yeri: Bakı (Balaxanı)
- İş günləri: Həftədə 6 gün
- Əməkhaqqı: Razılaşma yolu ilə
- Şirkət tərəfindən nahar və xüsusi iş geyimi ilə təmin edilmə
- Sınaq müddətindən sonra özəl tibbi sığorta
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.