SƏTƏM mütəxəssisi
Şam - Fi MMCHSE specialist job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 4, 2026
- Apply before
- December 4, 2026
- Category
- Engineering & Technical
About this job
Şam - Fi MMC is hiring an HSE specialist in Baku. Full-time. Apply directly to the employer.
İş şəraiti
- İş yeri: Sham-Fi International Trading Company
- Ünvan: Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, Babək prospekti və Y.Əliyev küçəsinin kesişməsində yerləşən City Park AVM- nin 6-cı mərtəbəsi
- İş rejimi: Tam iş günü
Vəzifənin əsas məqsədi
- Müəssisədə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasını təmin etmək, əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin qorunması üzrə qanunvericiliyin və daxili qaydaların tələblərinə riayət olunmasına nəzarət etmək.
Əsas vəzifə öhdəlikləri
- Müəssisədə əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
- İş yerlərində mütəmadi yoxlamalar aparmaq, təhlükəli və zərərli amilləri müəyyən etmək və riskləri qiymətləndirmək;
- Aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması ilə bağlı qabaqlayıcı və düzəldici tədbirlər hazırlamaq;
- İşçilərə əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və digər təhlükəsizlik qaydaları üzrə təlimatlandırmalar keçirmək;
- Yeni işə qəbul olunan əməkdaşların ilkin, eləcə də dövri təlimatlandırılmasını təşkil etmək;
- İstehsalat və digər bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək, müvafiq hesabat və sənədləşməni aparmaq;
- Fərdi mühafizə vasitələrindən düzgün istifadə olunmasına nəzarət etmək;
- Yanğın təhlükəsizliyi və fövqəladə hallara hazırlıq tədbirlərinin həyata keçirilməsində iştirak etmək;
- SƏTƏM üzrə tələb olunan sənədləri, jurnalları, aktları və hesabatları hazırlamaq;
- Müvafiq dövlət qurumlarının yoxlamalarına hazırlıq və tələb olunan sənədlərin təqdim edilməsində iştirak etmək.
Namizədə dair tələblər
- Ali təhsil (əməyin mühafizəsi, texniki təhlükəsizlik, mühəndislik, ekologiya və ya digər uyğun sahələr üzrə);
- SƏTƏM sahəsində minimum 3-5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının əmək qanunvericiliyi, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə normativ-hüquqi aktlar haqqında biliklər;
- Risklərin qiymətləndirilməsi, təhlükələrin müəyyən edilməsi və qabaqlayıcı tədbirlərin hazırlanması bacarığı;
- Yanğın təhlükəsizliyi və fövqəladə hallarla bağlı biliklər;
- Əməyin mühafizəsi üzrə təlimatların və sənədlərin hazırlanması bacarığı;
- MS Office proqramlarında işləmək bacarığı;
- Güclü ünsiyyət, təşkilatçılıq və analitik düşünmə qabiliyyəti;
- Komandada işləmək və təşəbbüskarlıq bacarığı.
Üstünlük hesab olunur
- ISO 45001 (Əməyin sağlamlığı və təhlükəsizliyi) standartı üzrə bilik və təcrübə;
- ISO 14001 (Ətraf mühitin idarə edilməsi) standartı üzrə biliklər;
- SƏTƏM üzrə peşəkar təlim və sertifikatların olması;
- Pərakəndə satış, ticarət mərkəzi, istehsalat və ya iri obyektlərdə iş təcrübəsi.
Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “SƏTƏM mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.